Pakistanda Xocalı soyqırımı ilə bağlı bəyannamə qəbul edilib
21.02.2014 [09:07]
Nüfuzlu “Pakistan Observer” qəzetində “Pakistanın tanınmış şəxsləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırırlar. “Pakistan Observer” məsələnin sülh yolu ilə həlli üçün ictimai birliyi səfərbər edir” sərlövhəli məqalə dərc edilib.
Məqalədə bildirilir ki, Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul edib.
Bəyannamədə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı, təcavüz nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi bildirilib. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qanlı səhifəsi olduğu qeyd edilir. Bildirilir ki, 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, insanlar gülləbaran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.
Bəyannamədə deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş qırğını hərbi cinayət və ya insanlığa qarşı cinayət adlandırıb, faciənin miqyası nəzərə alınaraq bu qətliamda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin BMT Baş Məclisinin sənədləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarları, həmçinin digər müraciətlər xatırlanır, bu sənədlərə əməl olunmasının vacibliyi vurğulanır.
Bəyannamədə bildirilir ki, Pakistan Senatı 2012-ci il fevralın 1-də qəbul etdiyi qətnamədə Xocalı soyqırımını tanıyıb, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edib, həmçinin 2013-cü il oktyabrın 5-də qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıyıb və dəstəkləyib. Dünyanın bir sıra ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər.
Bəyannamədə deyilir: “Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır. Biz beynəlxalq ictimaiyyəti davamlı sülhün bərqərar olması naminə Dağlıq Qarabağ məsələsinə biganə qalmamağa, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq”.
Bəyannamənin yekununda deyilir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi problemlər ədalətli şəkildə həll olunmayana qədər dünyada sülh təhlükə altında qalacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55

