“Freedom House” milli dövlətlərə təzyiq funksiyasını yerinə yetirir
03.05.2014 [10:05]
Əli Həsənov: “Freedom House”un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir
Dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdığını iddia edən “Freedom House” təşkilatı növbəti dəfə öz hesabatı ilə müxtəlif ölkələrə qarşı qərəzli mövqe sərgiləyib. Təşkilatın hazırladığı hesabatda əks etdirilən bir sıra subyektiv və ədalətsiz çalarlarla demokratik prinsiplər kobudcasına heçə sayılıb və ənənəvi hesabatlar kimi burada da müxtəlif ölkələrdə demokratik təsisatların, insan və vətəndaş hüquq və azadlıqlarının real durumu qeyri-obyektiv surətdə əks olunub. Başqa sözlə, hesabatda ənənəvi surətdə araşdırılan müxtəlif ölkələrdəki daxili durum reallıqdan uzaq şəkildə dəyərləndirilib. Belə ki, hesabatda bu “sənəd”in real faktlar əsasında deyil, konkret güclərin transmilli maraqlarına xidmət edən detallar əsasında tərtib edilməsini göstərən bir sıra-əslində, kifayət qədər - qərəzli və paradoksal məqamlar yer alıb. Təəssüflə qeyd etmək lazımdır ki, əsassız tənqid hədəfinə çevrilən ölkələr sırasında Azərbaycan da yer alır. Belə ki, sözügedən təşkilatın son hesabatında əks olunmuş qərəzli və qeyri-obyektiv mövqeyin fonunda iddia edilir ki, guya Azərbaycanda medianın durumu qənaətbəxş deyil.
Əslində, bu təşkilatın son hesabatının qərəzli, qeyri-obyektiv olduğunu, subyektiv çalarlara söykəndiyini göstərmək üçün bir neçə fakta toxunmaq gərəkdir. İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Ümumiyyətlə, Azərbaycan mətbuatının inkişafının əsasında duran təməl faktor dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. Media təmsilçilərinin peşə nüfuzunun artırılması ilə yanaşı, onların mənzil-məişət şəraitinin, sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər də Azərbaycan dövlətinin media sektorunun inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Digər tərəfdən, internet məkanında qanunlarla müəyyən edilmiş azadlığın mövcud olması da ölkəmizdə medianın inkişafına əhəmiyyətli töhfə verməkdədir. Söz, fikir və özünüifadə azadlığının hökm sürdüyü ölkəmizdə, heç şübhəsiz, internet azadlığının mövcud olması da operativ informasiya mübadiləsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, sadalananlardan belə bir nəticəyə gəlmək olur ki, bir çox ölkələrə, o cümlədən, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən “Freedom House” kimi beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi altında çıxış edən təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar. Bu təşkilatların fəaliyyətinin əsasında duran strateji məqsəd isə təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Yəni bəzi qlobal güc mərkəzlərinin - aparıcı aktorların maraqları əsasında çıxış edən “Freedom House” kimi təşkilatlar nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir. Milli dövlətlər üzərində təsir vasitəsilə müxtəlif maraqlarını həyata keçirməyə çalışan güclər “Freedom House” kimi qurumlardan vasitə kimi istifadə edirlər.
Beləliklə, “Freedom House” beynəlxalq miqyasda mövcud olan təzyiq qruplarını xatırladır. Nəticədə “Freedom House” öz hesabatlarında konkret, real faktlardan yan keçərək subyektiv maraqlara söykənən çalarlara geniş şəkildə yer ayırır. Təşkilatın hər il hazırladığı hesabatlarda real faktlar təhrif edilir və müxtəlif ölkələrdə daxili ictimai-siyasi sabitliyin pozulmasına yönəlik provokativ detallar əks olunur. Başqa sözlə, ambisioz qrupların strateji səciyyəli transmilli maraqlarının reallaşması missiyasına xidmət edən bu təşkilat müxtəlif ölkələrdə ictimai-siyasi və ideoloji müstəvidə paradoksal situasiya yaratmağa hesablanmış hesabatlarla çıxış edir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təşkilatın bəhs olunan hesabatına münasibətində bildirib ki, “Freedom House” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatının Azərbaycan ilə bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur: “Ona görə də, bu qiymətləndirmə qeyri-obyektiv səciyyə daşıyır. Hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla bütün Avrasiya regionu haqqında qərəzli stereotiplər formalaşmışdır”.
Nəticə etibarilə, “Freedom House” bu cür qərəzli və subyektiv yanaşmaları ilə öz imicini çoxdan sarsıdıb. Təsadüfi deyil ki, artıq hər il bu hesabatlarda ciddi təhrif və subyektiv mülahizələrlə qarşı-qarşıya qalan milli dövlətlər təşkilatın bu cür fəaliyyətinə qarşı kəskin etiraz edirlər. Əli Həsənovun qeyd etdiyi kimi, “Freedom House”un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38

