Siyavuş Novruzov: YAP kadrların hazırlanması üçün məktəbdir
24.07.2014 [10:02]
Məlum olduğu kimi, bir neçə gün bundan öncə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Prezident İlham Əliyevin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. Öz növbəsində bu təyinata münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, bu, bütün dünyada rast gəlinən praktikadır: “Parlamentdəki kadr potensialından dövlətin idarə edilməsində kifayət qədər istifadə olunur. Səbəbinə gəldikdə, birinci növbədə həmin insanlar hazırlıqlı olurlar və seçicilərini parlamentdə təmsil edirlər. Belə adamların ictimai-siyasi fəaliyyəti, siyasi dünyagörüşü, dövlət idarəçiliyində təcrübəsi diqqət çəkir. YAP-ın parlamentdə təmsil olunan kifayət qədər üzvü var. Həm Ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev istər parlamentdə, istərsə də partiyanın rəhbər strukturlarında, Siyasi Şurasında, İdarə Heyətində təmsil olunan insanları müxtəlif vəzifələrə təyin ediblər. Bəzisi icra başçısı göndərilir, bəziləri müxtəlif nazirliklərdə, dövlətin ayrı-ayrı strukturlarında təmsil olunurlar. Bu da tamamilə məqsədəuyğun və düzgün xətdir”.
O, YAP-ın bir məktəb olduğunu da diqqətə çatdırıb: “YAP dövlət üçün bir kadr potensialıdır, kadrların hazırlanması üçün məktəbdir. Bu prosesdə gənclər də iştirak edir və vaxtaşırı onların da potensialından istifadə olunur. YAP 500-1000 nəfərdən ibarət deyil, geniş və böyük bir ordudur. Vətəninə, xalqına bağlı, təhsilli, dövlətçiliyi bilən insanların toplaşdığı bir siyasi təşkilatdır”.
Xəbər lenti
Hamısına baxAnalitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38

