“National Geographic Azərbaycan” jurnalının təqdimatı olub
02.09.2014 [09:05]
Sentyabrın 1-də Milli Coğrafiya Cəmiyyəti və “Garant Media Holding” “National Geographic” jurnalının Azərbaycan dilində nəşr olunmuş buraxılışını təqdim ediblər.
AzərTAc xəbər verir ki, tədbirdə “National Geographic” jurnalının fotoqrafı Rza Diqqəti, jurnalın baş redaktoru Syuzan Qoldberq, “National Geografic” Cəmiyyətinin baş hüquqşünası Terens B.Adamson, “Garant Media Holding”in baş icraçı rəhbəri Elnur Baimov və “National Geographic Azərbaycan” jurnalının baş redaktoru Seymur Teymurov iştirak ediblər.
Bildirilib ki, “National Geographic Azərbaycan” jurnalının nəşrinə bu ilin sentyabr buraxılışı ilə start veriləcək. Bu buraxılışın ən mühüm materialı “Azərbaycanın rəngləri” haqqındadır. Jurnal aylıq nəşr olunaraq qəzet köşklərində və abunə yolu ilə satılacaq. Yeni buraxılış azərbaycanlı oxucuların maraq dairəsinə uyğun materiallarla əhatə olunacaq. Jurnalın qiyməti 4 manatdır (5 ABŞ dolları).
Diqqətə çatdırılıb ki, 1888-ci ildən çap olunan ingilisdilli “National Geographic” jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay dünyanın 60 milyon oxucusu tərəfindən oxunur. Artıq jurnal ingilis dilindən əlavə, 40 ölkədə yerli dildə nəşr edilir. Azərbaycan versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.
“National Geographic” jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda nəşr edilməyə başlanıb. Artıq jurnalımızın yerli dillərdə çap olunan 40-cı versiyası - “National Geographic Azərbaycan” sayəsində regionda daha çox təmsil olunacağımız üçün çox həyəcanlıyıq”, - deyə Adamson bildirib. Qeyd edib ki, “National Geographic” jurnalı planetimiz üçün həyati əhəmiyyət kəsb edən mühüm məsələlərə zamanında toxunduğu üçün mükafatlar qazanmaqda davam edir: “Biz bu mühüm məsələlərlə əlaqədar materialları yerli əhaliyə Azərbaycan dilində bəxş etmək məqsədilə “Garant Media Holding” ilə əməkdaşlığımızdan məmnunuq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44

