/ / Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb
25.09.2014 [10:08]
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində sentyabrın 24-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiyanı, bir sıra xarici QHT-ləri təmsil edən 50-yə yaxın nümayəndə iştirak edir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov konfransın açılışında çıxış edərək əsas məqsədin Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və perspektivlərin müəyyənləşdirilməsi olduğunu deyib.
İnam Kərimov son on ildə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən səmərəli dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən islahatlardan, əldə edilən uğurlardan danışıb. O deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün “ASAN xidmət” yaradılıb və bu, ən uğurlu modellərdən biridir. “ASAN xidmət” vasitəsilə müxtəlif dövlət orqanları mərkəzləşmiş formada vətəndaşlara keyfiyyətli xidmət göstərir. Gün ərzində iki mindən çox vətəndaş “ASAN xidmət” mərkəzlərinə müraciət edir. Ötən 20 ay ərzində 3 milyon insan bu xidmətlərdən faydalanıb və istifadəçilərin 98 faizi məmnun qalıb. Ümumiyyətlə, bu sistem Azərbaycan cəmiyyətində dövlət qurumları tərəfindən vətəndaşlara xidmət sahəsində yeni mühit yaradıb. Şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaşlara səmərəli xidmət göstərilməsi insanlar tərəfindən müsbət qarşılanır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in təşkilində ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Avropa Şurasının demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, bu konfrans dövlət xidmətlərində əldə edilmiş təcrübəni bölüşmək baxımından yaxşı imkan yaradır. Burada nüfuzlu ekspertlər iştirak edirlər, müzakirə olunan mövzu da çox aktualdır.
A.Zardi qeyd edib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ölkənin çox önəmli tədbirlərin iştirakçısı olmasına və müxtəlif sahələrdə əldə etdiyi təcrübələri digər dövlətlərlə bölüşməsinə şərait yaradır.
Bildirilib ki, dövlət xidmətlərinin mərkəzləşmiş formada göstərilməsi çox səmərəli bir təcrübədir və Avropa ölkələri də bu təcrübədən yararlanmalıdır. Çünki mərkəzləşmiş qaydada göstərilən dövlət xidmətləri şəffaflığın, keyfiyyətin səviyyəsinin artırılmasına xidmət edir.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Vüsal İsayev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, korrupsiyaya qarşı mübarizə aparılması, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən islahatlar haqqında danışıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti “ASAN xidmət”in imkanlarından istifadə edir və bu model cəmiyyətdə çox böyük razılıqla qarşılanır. Buna görə də “ASAN xidmət” mərkəzlərinin sayı getdikcə artırılır. “ASAN xidmət” hər zaman öz fəaliyyətində innovativliyə, səmərəliliyə üstünlük verir.
ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən qeyd edib ki, Azərbaycan istər dövlət, istərsə də özəl sektorda çox böyük islahatlar həyata keçirir və yeni təcrübələr qazanır. Bu konfrans dövlət xidmətlərinin göstərilməsi ilə bağlı əldə olunmuş təcrübəni bölüşmək, vətəndaşlara xidmət sahəsində şəffaflığın, onlarda məmnuniyyətin təmin edilməsi yollarını müzakirə etmək üçün yaxşı şərait yaradır.
Konfrans işini “Dövlət xidmətlərinin göstərilməsi üzrə müasir modellər: İnsan hüquqlarına daha yaxşı necə xidmət etmək olar?”, “Dövlət xidmətlərinin göstərilməsinin prinsipləri: Əlçatanlıq, şəffaflıq... daha nələr?” mövzusunda panel iclasları ilə davam edib.
Konfrans AzərTAc-ın saytı ilə canlı yayımlanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55

