Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması onun vassal ölkə statusunun təsdiqidir
16.10.2014 [09:21]
Erməni mənbələri Ermənistanın Azərbaycan qarşısında ağır diplomatik məğlubiyyətini etiraf edirlər
Xəbər verildiyi kimi, oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması barədə sazişi Ermənistan prezidenti Serj Sarkisyanın da imzalaması işğalçı ölkədə böyük etirazlara səbəb olub. Sənədlərin imzalandığı gün paytaxt İrəvanda keçirilən mitinqə minlərlə sakin toplaşıb. “Çiçəklənən Ermənistan”, Erməni milli konqresi və “İrs” partiyalarının iştirak etdiyi “Parlament üçlüyü” adlanan siyasi təşkilatlar kütləvi aksiya vasitəsi ilə ölkədəki iqtisadi vəziyyətə, Sarkisyan hakimiyyətinin siyasətinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etirazlarını bildiriblər.
Görünən odur ki, Ermənistanın Aİİ-yə qoşulmasının yaratdığı ictimai-siyasi etiraz dalğası bununla yekunlaşmayacaq. Çünki erməni milli konqresi, “İrs” və “Çiçəklənən Ermənistan” partiyalarının nümayəndələrinin birgə yığıncağında Ermənistan paytaxtında növbəti mitinqin oktyabrın 24-də keçirilməsi qərarlaşdırılıb. Erməni milli konqresi fraksiyasının rəhbəri Levon Zurabyan yerli mediaya planlaşdırılan mitinqin “vahid proqram və yol xəritəsi mitinqi” olacağını deyib. Beləliklə, Ermənistanın bu ili də kütləvi etirazlarla başa vuracağını gözləmək olar. İttifaqın şərtlərinin 2015-ci il yanvarın 1-dən rəsmən icra olunacağını nəzərə aldıqda, bunun qarşıdan gələn ildə Ermənistan üçün o qədər də stabil başlanğıc vəd etmədiyini söyləmək olar.
Yeri gəlmişkən, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması təkcə bu ölkənin geniş ictimaiyyətində deyil, ekspertlər səviyyəsində də narazılıq, narahatlıq və ironiya ilə qarşılanır. Çünki bu İttifaqa qoşulmağın Ermənistana heç bir iqtisadi faydası olmayacağı, əksinə, bir çox idxal məhsullarında bahalaşmaya gətirib çıxaracağı ilk günlərdən yayılan neqativ proqnozlar sırasındadır. Digər tərəfdən, Ermənistan Aİİ-yə qoşulmağın qarşılığında müəyyən güzəştlər əldə etmək istəyirdi. Məsələn, ömrünü başa vurmuş Metsamor Atom Elektik Stansiyasının yenilənməsinə, dağ-mədən sənayesinin dirçəldilməsinə maddi dəstək və investisiyaların cəlb olunması bu ölkə üçün gələcəyə dair müəyyən ümidlər yarada bilərdi. Bundan başqa, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını da özü ilə bərabər Aİİ-ə daxil etməklə bölgənin Ermənistana və İttifaqa iqtisadi inteqrasiyasına nail olmaq, gələcəkdə isə bunu siyasi müstəviyə keçirmək niyyətində idi. Lakin məlum olduğu kimi, Ermənistan rəhbərliyinin gözləntiləri baş tutmadı, bu ölkə Aİİ-yə xüsusi imtiyazlarsız qəbul edildi. Təbii ki, Ermənistan prezidentinin ölkəsi üçün heç bir perspektiv vəd etməyən, əvəzində, işğalçı ölkənin Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə böyük maneələr yaradan bir müqaviləyə imza atması bu ölkənin vassal statusunun bir daha təsdiqini tapmasıdır. Ermənistanın Aİİ ölkələrinin heç biri ilə birbaşa sərhədinin olmaması, İttifaq ölkələrindən Qazaxıstan və Belarusla iqtisadi əlaqələrinin sıfır həddində olması da İttifaqa üzvlüyün bu ölkəyə heç bir dividend gətirməyəcəyini deməyə əsas verir.
İttifaqın şərtlərinə əsasən, Dağlıq Qarabağla Ermənistan arasında gömrük məntəqəsinin qurulması o deməkdir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları Aİİ çərçivəsindən kənardadır. Bu isə gələcəkdə Ermənistanın daha bir mümkün bəhanəsini əlindən almış olur. Belə ki, Azərbaycan öz ərazilərini azad etmək üçün hərbi əməliyyatlar keçirəcəyi təqdirdə, Ermənistan bunun Aİİ-yə zərbə vuracağını, İttifaqa üzv dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərəcəyini iddia edə bilməz. Həmin ərazilərin Ermənistana aid olmaması Aİİ-nin sənədləri ilə bir daha təsdiqini tapdığı üçün işğalçı ölkə Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğaldan azad edilməsi üçün keçirilən hərbi əməliyyatları özünə qarşı təhlükə kimi qələmə verə və bununla da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından heç bir kömək uma bilməz.
Bu səbəbdən də erməniləri ən çox narahat edən məsələ Ermənistanın quruma BMT tərəfindən tanınan sərhədləri daxilində, yəni Dağlıq Qarabağ və 7 ətraf rayonsuz qəbul edilməsidir. Erməni ekspertlər bunu həm siyasi, həm də iqtisadi məğlubiyyət, geriyə addım kimi qiymətləndirirlər. Məsələn, siyasi şərhçi Akop Badalyan bu hadisəni “Ermənistanın sərhədləri Minskdə müəyyən edildi”, deyə izah edib. Onun sözlərinə əsasən, Dağlıq Qarabağın Aİİ-yə daxil edilib-edilməməsi məsələsi birbaşa olaraq Azərbaycanla İttifaqın aparıcı üzvləri arasındakı müzakirələrlə müəyyən edilib, Ermənistan isə bu prosesdən tamamilə kənarda qalıb.
“Lragir.am” saytının baş redaktoru Aykazn Qaqriyan isə məqaləsində bu ölkənin Aİİ-yə qoşulmasını Ermənistanın müstəqil xarici siyasətdən məhrum olması kimi qiymətləndirib: “Doğrusu, son bir neçə ildə Ermənistan xarici siyasət yürütməyib, indi isə bu, Avrasiya sazişi ilə qəti şəkildə təsdiqlənib”.
Siyasi təhlilçi Musa Mikaelyan da erməni mediasında ölkəsinin Avrasiya İqtisadi İttifaqına daxil olmasını tənqid edən yazıyla çıxış edib. “Sürətlə uçuruma doğru” başlıqlı yazıda Mikaelyan Ermənistanın faktiki olaraq Rusiyanın tam nəzarətinə keçməsinin yekunlaşdığı qənaətindədir: “10 oktyabr etirazlarından sonra Ermənistanda gedən müzakirələrin çoxu hakimiyyətin istefasının labüdlüyü haqdadır. Hazırkı vəziyyətdən çıxış kimi ilk növbədə, Serj Sarkisyanın istefası lazımdır. Ancaq legitim hakimiyyətin bərpasından sonra Ermənistanı çuxurdan çıxarmaq olar”.
Müəllifin fikrincə, hakimiyyətin istefası Ermənistanın müstəqilliyinin geri qaytarılması üçün ilkin şərtdir. Ancaq Ermənistanın gələcəyinin necə olacağı haqda dəqiq fikirlər yoxdur. Fəlakət səviyyəsində olan proses artıq hökumətin nəzarətindən çıxıb. Ermənistan tamamilə xarici qüvvələrin səlahiyyətinə verilib. “Bu sürətlə biz uçurumun dibinə gedirik”, deyə yazıda qeyd olunur.
Ermənistanın Aİİ-yə daxil olması ilə bağlı erməni mediasında yer alan məqalələrin, müsahibələrin əksəriyyətini birləşdirən ortaq cəhətlərdən biri Ermənistan rəhbərliyinin ağır diplomatik məğlubiyyətinin etirafıdır. Məlumdur ki, Azərbaycan ərazisinin 20 faizinin işğalını davam etdirən Ermənistana qarşı diplomatik təzyiqləri getdikcə daha da gücləndirməkdədir. Azərbaycanın regiondakı aparıcı rolu və nüfuzu sayəsində Ermənistan bölgədəki mühüm siyasi, iqtisadi əməkdaşlıqdan, qlobal əhəmiyyətli layihələrdən kənarda qalıb. Azərbaycan Prezidentinin Avrasiya İqtisadi İttifaqını yaradan ölkələrə müraciətinin nəticəsində Dağlıq Qarabağın nə Ermənistanla birgə, nə də ayrı şəkildə Aİİ-yə qəbul edilməməsi isə ölkəmizin işğalçı Ermənistan üzərində növbəti əzici diplomatik qələbəsi oldu. Bununla Azərbaycan regional oyunçu kimi diktə edən tərəflərdən biri olduğunu növbəti dəfə təsdiq etdi. Artıq şübhə yoxdur ki, Azərbaycan MDB məkanındakı münasibətləri müəyyən edən ölkələrdən biridir. Əldə olunan diplomatik uğurlar isə Azərbaycanın bu mövqeyindən ərazi bütövlüyünün bərpası yönündə məharətlə istifadə etdiyini göstərir. Ermənistan ictimaiyyəti də tədricən anlayır ki, işğal siyasətini davam etdirəcəyi və beləliklə də, Azərbaycanla əməkdaşlıq, fəal regional inteqrasiya imkanlarından kənarda qalacağı müddətdə Ermənistan üçün uçuruma yuvarlanmaq və məhvə doğru sürüklənmək qaçılmazdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

