/ / “Yerli özünü idarəetmə orqanlarında qadınların iştirakı: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib
“Yerli özünü idarəetmə orqanlarında qadınların iştirakı: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib
01.11.2014 [12:44]
Oktyabrın 31-də Bakıda “Kaunterpart İnterneşnl” təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən Qadın İştirakçılığı Proqramı çərçivəsində “Yerli özünü idarəetmə orqanlarında qadınların iştirakı: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının texniki dəstəyi ilə təşkil olunan konfransda yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilib.
AzərTAc xəbər verir ki, hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və bələdiyyələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə yerli özünüidarəetmədə qadın liderliyi, qadınların bələdiyyələrdə bərabər təmsilçiliyinin hüquqi aspektləri, bələdiyyələrin fəaliyyətində qadınların rolunun artırılması yolları və digər mövzularda məruzələr dinlənilib. Çıxışlarda bələdiyyələr və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın və qarşıdan gələn bələdiyyə seçkilərində qadınların aktivliyinin artırılmasının vacibliyi vurğulanıb.
Milli Məclisin sosial siyasət komitəsinin üzvü, “Lider Qadınlar” İctimai Birliyinin sədri Məlahət İbrahimqızı bildirib ki, dövlətin idarə olunmasında və yerli özünü idarəetmədə qadınların iştirak hüququ beynəlxalq və milli qanunvericilikdə təsbit edilib. Azərbaycanda bu sahədə dövlətin siyasi iradəsini əks etdirən, beynəlxalq standartlara cavab verən hüquqi baza yaradılıb və bir sıra nailiyyətlər əldə olunub.
USAID-in Qadın İştirakçılığı Proqramı çərçivəsində görülən işlər barədə məlumat verən M.İbrahimqızı qeyd edib ki, qarşıdakı bələdiyyə seçkilərində qadın namizədlərin sayının artırılması və qadınların siyasi iştirakçılığı platformasının gücləndirilməsi layihənin əsas hədəfləri sırasındadır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının vacibliyindən danışaraq, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində qadınların təmsilçiliyinin 4 faizdən 27 faizə yüksəlməsini müsbət hal kimi dəyərləndirib.
USAID-in ölkəmizdəki missiyasının rəhbəri Bruk Ayşam bildirib ki, daha dayanıqlı və ədalətli inkişafa qadınların liderlik potensialını artırmaqla nail olmaq mümkündür.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının sədri Hümbət Hüseynov çıxış edərək yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələr işçi qrupların iştirakı ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32

