/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimatı mərasimi keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimatı mərasimi keçirilib
08.11.2014 [10:01]
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Şöhrət” ordeninin, “Tərəqqi”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimatı mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək deyib: “Hər bir ölkənin inkişafında onun insanlarının rolu əvəzsizdir. Əgər bir ölkədə sabitliyin təminatçısı dövlətdirsə, inkişafın da hərəkətverici qüvvəsi onun insanlarıdır. O ölkə inkişaf edir ki, orada sabitlik, inkişaf və bu inkişafın qarantı olan vətənpərvər insanlar vardır. Bu gün Azərbaycandakı sabitlik, sosial-iqtisadi inkişaf, həyata keçirilən tədbirlər ölkəmizin etibarlı gələcəyindən xəbər verir”.
Ali Məclisin Sədri deyib: “Azərbaycanda müxtəlif sahələri əhatə edən dövlət mükafatları təsis olunmuşdur. Fəaliyyətləri ilə seçilən, ölkəmizə və xalqımıza ləyaqətlə xidmət edən şəxslər bu mükafatlara layiq görülürlər. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə nümunə göstərən, fərqlənən insanlardır”.
Vasif Talıbov nümunəvi fəaliyyət göstərdiklərinə görə təltif olunanlara təşəkkürünü bildirib.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, medalların, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan İbad Əliyev, Qəmər Əliyeva, Xalidə Sadiqova, Valeh Seyidov, Kamil Abbasov, Yarməmməd Qafarov, Gülarə Abbasova, Rzaqulu Həsənov, Valeh Vəliyev, Almas Abbasova, Dezdemona Abdullayeva, Aidə Allahverdiyeva, Fatma Allahverdiyeva, Zemfira Babayeva, Sürəyya Ələkbərova, Nəzirə Əliyeva, Mehriban Həsənova və Kamaləddin İsmayılov minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə bütün sahələrin inkişafına qayğı göstərilir. Yaradılan müasir infrastruktur, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlər sakinlər tərəfindən qürur hissi ilə qarşılanır. Bu inkişaf və tərəqqi insanların qurub-yaratmaq əzmini artırır, onların daha səylə çalışmasına stimul verir. Çəkilən zəhmətin dövlətimiz tərəfindən qiymətləndirilməsi isə qarşıya daha mühüm vəzifələr qoyur.
Təltif olunanlar bundan sonrakı fəaliyyətlərində də Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaqlarını, vətənpərvər ardıcıllar yetişdirəcəklərini, ölkəmizin, eləcə də muxtar respublikanın inkişafında yaxından iştirak edəcəklərini bildiriblər.
Sonda Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54

