Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti
18.12.2014 [10:22]
Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə Bakıda “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirib.
AzərTAc xəbər verir ki, komitənin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu, Azərbaycanda bu sahənin sabit və sistemli şəkildə inkişaf etdiyini deyib. M.Qurbanlı vurğulayıb ki, ölkəmizdə dinlərarası məsələlərdə heç bir problem yoxdur. Azərbaycanda dövlət-din münasibətlərinə yüksək səviyyədə diqqət yetirilir, bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilir. Bu istiqamətlərdən ən mühümü ictimaiyyətlə əlaqələrin genişləndirilməsidir. Burada da QHT-lərin böyük rolu var.
Komitə sədri bildirib ki, bu gün ayrı-ayrı ölkələrdə dindən siyasi məqsədlər üçün istifadə olunması halları müşahidə edilir. Bəzi dairələr din pərdəsi altında çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Bu dairələr bütün ölkələrdə var. Xüsusilə İslam aləmində bu dairələrin acınacaqlı əməllərini, həmin əməllərin çoxsaylı insanları fəlakətə aparmasını görürük. Bu gün dünyada müxtəlif münaqişələr gedir və çox təəssüf ki, bu münaqişələr arasında İslamla əlaqələndirilənlər daha qabarıq nəzərə çarpır.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransın dövlət-din münasibətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Dünyada müxtəlif etnik və dini münaqişələrin davam etdiyi hazırkı dövrdə Azərbaycanda möhkəm ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu deyən A.Quliyev bu şəraitin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti institutlarının böyük potensiala malik olduğunu söyləyib. Şura sədri dini icmalarla QHT-lərin daha yaxından işbirliyinə nail olmaq üçün konfrans çərçivəsində rəhbərlik etdiyi qurumla DQİDK arasında əməkdaşlıq memorandumu imzalayacaqlarını qeyd edib.
Milli Məclisin sədr müavini Bahar Muradova Şuranın və DQİDK-nın cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə dövlət siyasətini uğurla həyata keçirdiklərini və belə qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini qeyd edib.
Bahar Muradova deyib: “Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq. Azərbaycana yönəlmiş, rahatlığımızı pozmaq istəyən qüvvələrə qarşı vahid cəbhədə birləşməliyik. Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında bu işləri lazımi səviyyədə görə biləcək insanlar var. Çünki bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır. Ona görə də həmin problemləri həll etməyə hazır olmalıyıq”.
Konfrans işini müzakirələrlə davam etdirib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

