/ / Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası işə başlayıb
Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası işə başlayıb
19.12.2014 [09:11]
Dekabrın 18-də Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, iclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi önəmli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Tədbir iştirakçıları əvvəlcə “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
Dövlət və hökumət rəsmilərinin, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin nümayəndələrinin iştirak etdikləri iclası xarici işlər naziri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elmar Məmmədyarov açıb.
Nazir bildirib ki, bu il həm də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyi qeyd edilir. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası da Komissiyanın 20 illik yubileyinə həsr olunur. Bu illər ərzində ölkəmiz UNESCO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, onun müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib.
E.Məmmədyarov deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni və digər sahələrdə sürətli inkişafı təmin etməklə yanaşı, dövlətimizin dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyəti də genişlənib. Bu istiqamətdə UNESCO və TÜRKSOY-un iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hər il təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı sahibləri, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak edərək öz dəyərli fikirlərini bölüşürlər”.
Vurğulanıb ki, Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılmasında Heydər Əliyev Fondunun böyük xidmətləri var.
E.Məmmədyarov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Diqqətə çatdırılıb ki, iyirmi ildən artıqdır Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq soydaşımızın fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcburdur. Nazir deyib: “Bizim təşəbbüsümüzlə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin, nə də UNESCO-nun bu qərarının tələblərini yerinə yetirməyib. Ermənilər işğal altında olan Dağlıq Qarabağda və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrini məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan ediblər.
Xarici siyasət idarəsinin rəhbəri TÜRKSOY və UNESCO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillərə sağlam mədəni irsin çatdırılması işində səylərin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın fəaliyyətinin UNESCO-nun ideya istiqamətlərinə uyğun olduğunu bildirib. O deyib ki, iki gün davam edəcək iclasda aparılacaq müzakirələr əməkdaşlığa öz töhfəsini verəcək.
Sonra TÜRKSOY-un baş katibi tərəfindən Azərbaycan tərəfinə xatirə hədiyyələri təqdim olunub.
Daha sonra UNESCO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti oxunub.
Müraciətdə Azərbaycan-UNESCO münasibətlərindən bəhs edilib, əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. Bildirilib ki, Bakıda keçirilən iclas milli komissiya və komitələr arasında mədəniyyət, elm, təhsil sahələrində vacib addımların atılması üçün daha bir fürsətdir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Abzal Saparbekuli, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, TürkPA-nın baş katibi Jandos Asanov birgə əməkdaşlığın əhəmiyyətindən danışıb və iclasın işinə uğurlar arzulayıblar.
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası öz işini plenar müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

