Musa Quliyev: Son 11 il Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi bir mərhələdir
24.12.2014 [10:02]
“Daim Vətənimizin, xalqımızın gələcəyini düşünən Ümummilli liderin əvəzsiz xidmətlərindən biri də Onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən xarizmatik lider yetişdirməsi oldu”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 11 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilib. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır.
M.Quliyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür: “Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Belə demək mümkündürsə, ötən 11 ili Azərbaycanın bütün tarixi boyu keçdiyi ən yüksək inkişaf, tərəqqi, ölkəmizin qüdrətlənməsi, dünyaya modern bir dövlət olaraq təqdimatı, ölkə vətəndaşlarının sosial rifah halının yüksədilməsi kimi qiymətləndirmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyevin 11 illik fəaliyyəti dövründə həm paytaxda, həm də bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişaf, yüksəliş olduqca böyükdür”.
Millət vəkili bildirib ki, son 11 il, Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi bir mərhələdir: “Bu mərhələnin davamı ilə ölkəmiz dünyaya inkişaf etmiş dövlət kimi daxil olacaq. Həmin illər ərzində Azərbaycanın bütün sosial-iqtisadi, ictimai-siyasi həyatında tarixi nailiyyətlər əldə olunub. İlk növbədə, regionların sosial-iqtisadi inkişaf proqramları qəbul olunub. Artıq bu istiqamətdə üçüncü proqram qəbul olunub. Azərbaycanda qeyri-neft sektorunun inkişafı çox güclü iqtisadi dayaqlar, nəzəri biliklər və səriştəli rəhbərlik, idarəetmə əsasında qurularaq inkişaf etdi. 2003-cü ildən bu yana Azərbaycanda həm iqtisadiyyatın şaxələnməsi prosesi, həm də region və kəndlərin inkişafı mərhələsi başladı. Bununla da Azərbaycanda çox böyük tarixi tikinti bumu dövrü reallaşdırıldı. Bu tikinti isə ölkənin bütün ərazilərini, regionlarını əhatə etdi. Ölkəmizdə tikilən hər bir hündürmərtəbəli bina, eyni zamanda, inkişaf edən, ucalan Azərbaycanın simvoludur. Eləcə də, tikilən hər bir məktəb ölkəmizdə elmin, təhsilin göstəricisindən xəbər verir”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

