Əfv Sərəncamı növbəti humanizm nümunəsidir
06.01.2015 [09:53]
Azərbaycan ictimaiyyətinin nümayəndələri bu Sərəncamın imzalanmasını yüksək qiymətləndirirlər
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.
Bu məqamda qeyd edək ki, ölkəmizdə 2014-cü ilin mühüm hadisələrindən biri də dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması oldu. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 79 nəfər cəzasının çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi.
Buradan da, əfv sərəncamlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.
Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Qeyd olunduğu kimi, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 əfv Fərmanı imzalanıb. Amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri qəzetimizə açıqlamalarında Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı növbəti Sərəncamı yüksək qiymətləndiriblər.
Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində çox tarixi hadisələr yaşadı. Öncə Heydər məscidinin istifadəyə verilməsi, daha sonra isə əfv Sərəncamının imzalanması insanların sevincinə əlavə sevinc qatdı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yüksək ali dəyərlərə, humanizm ideallarına söykənən əfv Sərəncamını imzalaması xalqımız tərəfindən yüksək qiymətləndirilir: “Bu, Prezidentimizin həmişə söylədiyi “Bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır” fikrinin növbəti təsdiqidir. Bəli, Azərbaycan dövləti hər addımında öz vətəndaşını düşünür, sosial statusundan, dinindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarının yüksək həyat şəraiti ilə təmin olunmasını prioritet elan edib”.
S.Qafarova xatırladıb ki, Azərbaycanda humanizm siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Ümummilli liderimiz də ölkəyə rəhbərlik etdiyi dövrlərdə xüsusi əlamətdar tarixlərdə, milli bayramlarımızda əfv sərəncamları imzalayır, məhkum olunmuş insanların cəmiyyətə yenidən inteqrasiya olunması, azadlığa çıxması üçün onlara şans verir, həmin insaların ailələrinə böyük sevinc bəxş edirdi. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu ənənəyə sadiq qalaraq mütəmadi olaraq bu addımları atır. Sonuncu əfv Sərəncamı da buna misaldır”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə deyib ki, dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq imzalanan və Azərbaycan ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilən əfv sərəncamları beynəlxalq səviyyədə də təqdir olunur. “Bu, eyni zamanda, Azərbaycanın müsbət beynəlxalq imicinə dəyərli töhfələr verir. Təsadüfi deyil ki, demokratik ənənələrin təşəkkül tapdığı, insan hüquqlarının yüksək səviyyədə qorunduğu Azərbaycanın daxili və xarici siyasəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Məhz reallaşdırılan humanizm siyasəti də bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən ilin dekabr ayının 29-da Prezident İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması növbəti humanizm nümunəsi kimi çıxış edir”, - deyə millət vəkili bildirib.
Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi davamlı xarakter daşıyır: “Bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi dəyərləndirilməlidir. Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb və bu günə qədər bir çox amnistiya aktı qəbul edilib, sərəncamlar imzalanıb. Məhz Ulu öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb. Bu gün də Azərbaycanda insan və vətəndaş hüquqları ən yüksək səviyyədə təmin olunub və dövlət öz vətəndaşlarına humanist münasibətini davam etdirir. Bu da Azərbaycanın müsbət beynəlxalq imicinə əhəmiyyətli töhfələr verir. Eyni zamanda, Azərbaycan dövlətinin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir”.
Politoloq Elşad Mirbəşiroğlu isə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətin vətəndaşlara qarşı humanist mövqeyini əks etdirir. Politoloq əlavə edib ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin daxili siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir: “Eyni zamanda, dövlət öz vətəndaşlarına qarşı kifayət qədər humanist mövqedədir, vətəndaşların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, onların öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələri diqqət mərkəzindədir. Əfv Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu Sərəncam, bütövlükdə, bəhs olunan kateqoriyaya məxsus vətəndaşların cəmiyyətə inteqrasiyasına mühüm töhfələr verəcək”.
E.Mirbəşiroğlunun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı yüksək humanizm nümunəsidir və vətəndaşlara verilən ali dəyəri özündə ehtiva edir: “Azərbaycan ictimaiyyəti dövlətin humanizm siyasətini olduqca yüksək dəyərləndirir. Ümumiyyətlə, bu Sərəncam Azərbaycanda humanist siyasətin həyata keçirilməsinə dair çoxsaylı göstəricilərdən biridir”.
Nardar BAYRAMLI
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

