Almaniyanın subyektiv və selektiv “demokratiya” anlayışı
26.06.2015 [10:21]
Yaxud hegemonluq fəlsəfəsi əsasında çıxış edən Berlin öz manevrləri ilə geopolitik qeyri-müəyyənlik durumuna düşüb
“Avropada hegemonluq” fəlsəfəsi əsasında fəaliyyət göstərən Almaniya öz qüdrətini artırmaq, yeni təsir dairələri formalaşdırmaq üçün geosiyasi ekspansiyasının miqyasını genişləndirməyə çalışır. Bu kontekstdə əməkdaşlıq, tərəfdaşlıq kimi pozitiv işbirliyi nümunələri əvəzinə, təzyiq və “qara piar” kimi metodlara üstünlük verən Berlinin öz məqsədlərinə çatacağı müəyyən deyil. Çünki müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırmaq kimi ibtidai “strateji” yanaşmalar hazırkı dövrdə heç bir perspektiv vəd etmir.
Almaniyanın anti-Azərbaycan kampaniyası ölkəmizin müstəqil siyasətinə qarşı yönəlib
Almaniyanın öz məhdud geosiyasi maraqları əsasında təzyiq kampaniyası apardığı müstəqil milli dövlətlər sırasında Azərbaycan xüsusi yer tutur. Ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinin Almaniyada ciddi narahatlıq yaratdığı sirr deyil. Ona görə də ilk Avropa Oyunları ərəfəsində də ABŞ-ın əsasında durduğu, Avropadan idarə edilən anti-Azərbaycan kampaniyasında Almaniya xüsusi fəallıq nümayiş etdirdi. Təkcə iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material yayımladı. Bunlarla yanaşı, Avropa Parlamentində təşkil edilən müzakirələrin də arxasında məhz Almaniyanın durduğu sirr deyil.
Bu kontekstdə iyunun 12-də Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamənin qəbulu Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Bu hal növbəti dəfə onu göstərdi ki, Avropanın bəzi dairələrinin fəaliyyətinin timsalında “demokratiya” oyunu müstəqil milli dövlətlərə, o cümlədən, Azərbaycana qarşı təzyiq məqsədinə xidmət edir. Almaniyanın ilk sırada olduğu bu dairələr ölkəmizdə insan hüquqlarının vəziyyətini tənqid obyektinə çevirsələr də, yaxşı bilirlər ki, Azərbaycanda insan və vətəndaş hüquqları yüksək səviyyədə təmin edilib, ölkəmiz demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Daha dəqiq desək, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Onu da vurğulamaq gərəkdir ki, Almaniya Bundestaqında belə bir qətnamənin qəbul edilməsi mövcud reallıqların təhrif olunması ilə yanaşı, həm də Azərbaycan-Almaniya münasibətlərinin ruhuna, mahiyyətinə ziddir. Əsas etibarilə, bu cür addımlar Azərbaycana qarşı aparılan “qara piar” kampaniyasına dəstək xarakteri daşıyır.
Bunlarla yanaşı, qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, Ermənistanın apardığı etnik təmizləmə nəticəsində zəbt olunmuş ərazilərdən, həmçinin, Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd edilsə də, təəssüflə bildirmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur. Əlbəttə, qətnaməni qəbul edən subyektlər demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin, adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da gözardı etməz, Ermənistana təzyiq göstərməyə çalışardılar.
Beləliklə, Almaniya Bundestaqında qəbul edilmiş qətnamə qərəzli və qeyri-obyektiv olmaqla yanaşı, bu ölkənin imicinə və nüfuzuna da mənfi təsir göstərir. Bütün hallarda, Azərbaycan ictimaiyyəti belə bir addımın atılmasına etiraz etdi, həmin dairələri ikili standartlardan əl çəkməyə çağırdı.
Antidemokratik ölkənin “demokratiya” dərsləri...
Maraqlı nüans ondan ibarətdir ki, “demokratiya”, “insan hüquqları” kimi dəyərlərdən təzyiq vasitəsi kimi istifadə edən Almaniyanın özü antidemokratik ölkə nümunəsi kimi çıxış edir. Bundan öncəki sayımızda qeyd etmişdik ki, 2013-cü ilin 22 aprel-3 may aralığında Cenevrədə BMT-nin Baş Assambleyasının İnsan Hüquqları üzrə universal Dövri İcmal Qrupunun işçi iclasında bu ölkə ilə bağlı reallıqlar aşkar şəkildə əks olundu. Almaniyada insan haqlarının pozulması ilə bağlı xeyli məlumatlar dünya ictimaiyyətinə çatdırıldı və hesabat BMT-nin saytında yerləşdirildi.
Bu ölkənin məhkəmə sisteminin, icraedici və qanunverici orqanlarının nümayəndələrinin illeqal hallara yol verməsinə, sırf irqi və milli kontekstdə ayrı-seçkilik sərgiləməsinə, həmçinin, bu ölkədə insan hüquqlarının kobud surətdə pozulmasına dair çoxsaylı materiallar dərc olunmaqdadır. Xüsusilə də, mövcud qanunlardan və qanunlardakı boşluqlardan bəlli olur ki, Almaniyada ali qanunverici orqan yalnız diskriminasiyaya xidmət edir. Eyni zamanda, son illərdə ekstremist, ksenefob, antisemit zəmində törədilən cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və qruplar tərəfindən törədilir. Göründüyü kimi, Almaniyanın özündə çox ciddi neqativ hallar hökm sürür və bütün bunlar həyata keçirilən dövlət siyasətinin nəticələri kimi çıxış edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28

