/ / Azərbaycanda tolerantlıq mühiti, dini irsə ehtiram, multikultural həyat tərzi böyük dəyər kəsb edir
Azərbaycanda tolerantlıq mühiti, dini irsə ehtiram, multikultural həyat tərzi böyük dəyər kəsb edir
29.08.2015 [10:55]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və Əl-Cəzirə televiziyasının İran məsələləri üzrə müşaviri Fatima Alsmadi ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Allahşükür Paşazadə ölkəmizdə İslam dininin yayılması, xalqımızın İslam mədəniyyəti xəzinəsinə verdiyi töhfələr barədə, Sovet İttifaqı dövründə mənəvi sahədə yaşanmış çətinliklər, habelə müstəqil Azərbaycanda dini-mənəvi irsimizin dirçəldilməsi yönündə görülən işlər barədə ətraflı məlumat verib.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını fəxrlə vurğulayan şeyxülislam ali mənəviyyat mənbəyimiz olan dinimizə Ulu öndər Heydər Əliyevin diqqət və qayğısından ətraflı danışıb. A.Paşazadə xüsusi vurğulayıb ki, məhz Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arası müstəvidə ehtiramlı münasibət hökm sürür.
Prezident İlham Əliyevin qlobal miqyasda multikulturalizm ideyalarının fəal müdafiəçisi olduğunu qeyd edən QMİ sədri qonağa Azərbaycanda dövlət səviyyəsində keçirilən ənənəvi mədəniyyətlərarası dialoq forumları, dini liderlərin ümumdünya sammiti, milli mənəvi və bəşəri ideyaları uğurla təbliğ edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayədarlığı ilə UNESCO-nun və ISESCO-nun xətti ilə keçirilən tədbirlər, habelə Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq təşkilatlar və elm mərkəzləri ilə birgə ölkəmizdə və xaricdə keçirdiyi mötəbər tədbirlər barədə məlumat verib.
Şeyxülislam bildirib ki, bu səylərin sayəsində Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. A.Paşazadə QMİ-nin fəaliyyətində dinlərarası dialoqun inkişaf etdirilməsinin prioritet istiqamət təşkil etdiyini qonağın diqqətinə çatdırıb və bu sahədə görülən işlər, dünyanın dini mərkəzləri ilə əlaqələri barədə danışıb.
Qonaq Fatima Alsmadi təmsil etdiyi Əl-Cəzirə adından şeyxülislama müsahibə üçün təşəkkürünü bildirib, onu maraqlandıran sualları QMİ sədrinin ətraflı cavablandırmasından məmnunluğunu diqqətə çatdırıb. Azərbaycana səfərindən əvvəl müxtəlif mənbələrin məlumatlarına istinad etdiyini diqqətə çatdıran qonaq ölkəmizdə keçirdiyi görüşlər və apardığı müşahidələrindən aldığı xoş təəssüratları bölüşüb. Fatima Alsmadi Azərbaycanda tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb. Nüfuzlu dini lider olan şeyxülislam A.Paşazadənin həyatı və 35 illik fəaliyyətini əks etdirən kitab və albomları nəzərdən keçirən tədqiqatçı jurnalist QMİ sədrini böyük əməllər sahibi kimi səciyyələndirib.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə QMİ sədrinin birinci müavini Salman Musayev və qonağı Azərbaycana dəvət etmiş Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52

