/ / İranın nüfuzlu din xadimi Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirib
İranın nüfuzlu din xadimi Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirib
01.09.2015 [10:28]
Azərbaycanda səfərdə olan İranın nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani avqustun 31-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, dua oxuyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, sonra Ayətullah Hüseyn Nuri Həmədani Heydər məscidi ilə tanış olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonağa məlumat verib ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü ilin dekabrında istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscidin sahəsi 12 min kvadratmetrdir. Məsciddə 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Günbəzlərin kənarlarına Quran ayələri yazılıb.
Bildirilib ki, dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın istifadəsinə qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir sıra məscidlərin və ziyarətgahların tikilməsi və yenidən qurulması ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar ölkəmizdə mövcud milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilib. Həmçinin Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi də dindarların istifadəsinə verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev İslami dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına böyük önəm verir.
Heydər məscidi ilə tanış olan Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirib.
Qafqazın ən böyük məscidi olan Heydər məscidi qonaqda xoş təəssürat yaradıb. Ayətullah Hüseyn Nuri Həmədani Heydər məscidinə nəfis tərtibatlı Qurani-Kərim hədiyyə edib.
Daha sonra İran İslam Respublikasının nüfuzlu din xadimi Bibiheybət ziyarətgah kompleksi ilə tanış olub.
Məlumat verilib ki, VII əsrin yadigarı sayılan Bibiheybət ziyarətgahı sovet dövründə repressiyaya məruz qalmışdı. 1934-cü ildə buradakı məscid dağıdılıb. Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgah bərpa olunub. Ümummilli Lider 1994-cü ilin martında bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də isə burada yeni məscid kompleksinin bünövrəsi qoyulub. Bir il sonra Ulu Öndərin iştirakı ilə məscidin əsas korpusunun açılışı olub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksində inşaat və tərtibat işləri klassik Şərq memarlığı üslubunda aparılıb. Ziyarətgah kompleksi 2008-ci il iyulun 12-də istifadəyə verilib.
İranlı qonaq ölkəmizdə dini dəyərlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, ziyarətgah kompleksində aparılan yenidənqurma işlərinin bunun bariz nümunəsi olduğunu bildirib.
Sonra görüş çay süfrəsi arxasında davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

