"Böyük iyirmilik" dünya böhranından çıxış yollarını müəyyənləşdirdi
07.04.2009 [17:53]
“Böyük iyirmiliy”in Londonda keçirilən sammiti başa çatsa da, dünyanın aparıcı iqtisadi-siyasi analitika mərkəzlərinin əsas mövzusu olaraq gündəmdə qalmaqdadır. “G-20” sammitinin iştirakçıları tərəfindən qəbul olunan 6 müddəadan ibarət kommunigenin detalları müxtəlif ölkələrdə birmənalı qarşılanmayıb. Avropa, Amerika, Asiya və MDB məkanında bu sənədlə bağlı müxtəlif fikir və mühakimələr irəli sürülməkdədir. Bir çox iqtisadi tədqiqat institutları dünya maliyyə böhranına qarşı “reseptlər” hazırlamağı qarşısına məqsəd qoyan “Böyük iyirmiliy”in bəyannaməsini heç də anti-böhran konsepsiyası kimi qəbul etmirlər.
Bəzi ekspertlərin fikrincə, qlobafobların və qlobafiblərin maraqları böhrana qarşı konseptual iqtisadi mexanizmlərin hazırlanaraq həyata keçirilməsinə mane olur. Xatırladaq ki, “G-20” sammitində böhranla mübarizəyə dair bir neçə müddəa öz əksini tapıb. Burada beynəlxalq maliyyə institutlarının vəsaitlərinin cəlb olunması, konkret olaraq Beynəlxalq Valyuta Fondunun resurslarının artırılması, şirkətlərə və bank sektoruna ödənişlərin verilməsi, bazardakı konyunktur tədbirlərinə uyğun olaraq yeni iqtisadi paketlərin hazırlanması, maliyyə bazarlarına nəzarətin gücləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Valyuta Fondu kasıblara pul paylayacaq...
Dünya iqtisadi böhranı artıq maliyyə sektoru ilə bərabər, real sektoru da bürüdüyündən “Böyük iyirmilik” bütünlüklə iqtisadi rıçaqların işə salınmasını, beynəlxalq bazarlarda baş verən spekulyasiyaların ləğvini, maliyyə bazarlarına nəzarətin gücləndirilməsini, maliyyə inamının bərpa olunması üçün bankların likvid fəaliyyətinin gücləndirilməsi, beynəlxalq ticarətin stimullaşdırılması, ticarətdə mövcud olan proteksionizm siyasətinin qarşısının alınması və digər istiqamətləri vacib sayır. ümumiyyətlə, sammitin nəticələri ilə bağlı həm müsbət, həm də mənfi fikirlər mövcuddur. Tədbirdə iştirak edən ölkələrin liderləri arasında da fikir müxtəlifliyi hiss olunur.
Sammitdə əsas mühüm nəticə dünya iqtisadiyyatına maliyyə axınlarının gücləndirilməsi ilə bağlı qərarın qəbul edilməsi sayıla bilər. Xatırladaq ki, tərəflər Beynəlxalq Valyuta Fondunun maliyyə kapitalının artırılmasına qərar veriblər. İqtisadi problemlərin həllinə “G-20” ölkələri 5 trilyon dollar yönəldəcək ki, bunun da 1,1 trilyon dolları Beynəlxalq Valyuta Fondu (BVF) üçün nəzərdə tutulub. Sammit iştirakçıları BVF-nin öz üzv-ölkələrinin kreditləşməsini artırmaq üçün fondun imkanlarını artırmağa çağırıb. Fondun imkanlarının artırılması beynəlxalq ictimaiyyətin kasıb ölkələrə yardım etməyə hazır olduğunun göstəricisi kimi də dəyərləndirilə bilər.
BVF-nin ilkin mərhələdə, maliyyə sıxıntısı ilə üzləşən ölkələrə yardım etmək üçün 250 milyard dollar xərcləməsi nəzərdə tutulur. Valyuta Fondu, bundan başqa, yoxsul ölkələrə yardım üçün mövcud qızıl ehtiyatlarından da istifadə edəcək.
“Böyük iyirmiliy”in başqa bir hədəfi-ofşor şirkətlər vasitəsilə vergidən yayınma hallarına qarşı birgə mübarizəyə dair qərarı da mühüm əhəmiyyət daşıya bilər. Bu və digər hədəflər doğrudan da, dünya böhranından çıxış yolları üçün təsirli mexanizmlər sayıla bilər, amma bu məsələlərin necə həll olunacağı, ümumiyyətlə, irəli sürülən təkliflərin yerinə yetirilib-yetirilməyəcəyi də şübhə doğurur. çünki istər sammit öncəsi, istərsə də sammitdən sonra tərəflər arasında müşahidə olunan ziddiyyətlər “G-20” liderlərinin bir çox məsələlərdə qarşılıqlı güzəştlərə hazır olmadıqlarını ehtiva etmiş olur. Məsələn, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozi dünya maliyyə sistemində islahatların aparılması ilə bağlı sammitdə qəbul olunmuş qərarın birmənalı olduğunu bildirib. ABŞ və Böyük Britaniyanın isə kapitalizmin liberal anqlosaks modelinin saxlanılmasına tərəfdar olması barədə bəyanatları Asiyanın iqtisadi nəhəngləri olan çin və Yaponiya tərəfindən qəbul olunmayıb.
MDB dövlətləri böhrana qarşı başqa plan təklif edir...
Rusiya prezidenti Dmitri Medvedevin sammitdən sonra “biz 4-5 il öncə yaranmış boşluqları doldurduğumuzdan böhrandan çıxış da uzun sürəcək” fikirləri də “Böyük iyirmiliy”in anti-böhran tədbirlərinin təsirli nəticələri barədə xoş təəssüratları heçə endirir və pessimist ovqat yaradır. Eləcə də, başqa dövlətlərin hökumət nümayəndələrinin ziddiyyətli açıqlamaları dünya iqtisadiyyatının sağlamlaşdırılması üçün birgə addımların atılacağına dair nikbinliyə bədbinlik notları əlavə etmiş olur. ümumiyyətlə, problemə müxtəlif regionlar üzrə fərqli yanaşmalar ciddi şəkildə hiss olunur. çin və Yaponiya başqa cür, MDB dövlətləri isə tamamilə fərqli proqnozlarla çıxış edir. Məsələn, MDB İcraiyyə Komitəsinin birinci müavini Vladimir Qarkun deyib. Böhranın doğurduğu neqativ hallara qarşı Birlik dövlətləri tərəfindən birgə addımların atılmasını məqsədəuyğun sayır. Qarkunun sözlərinə görə, dünya maliyyə böhranı çox sürətlə inkişaf edərək MDB ölkələrinin maliyyə bazarları və maliyyə-kredit institutlarına zərbə endirib və iqtisadiyyatın real sektoruna çox yaxınlaşıb. Buna görə də, MDB dövlətləri dünya iqtisadi-maliyyə böhranının öyrənilməsi və onun arxada qoyulması ilə bağlı müvafiq təkliflərin hazırlanması ilə məşğul olmalıdır.
MDB İcraiyyə Komitəsinin birinci müavini Vladimir Qarkunun fikrincə, Birlik çərçivəsində daxili bazarın maksimum dərəcədə qorunması, bank vəsaitlərinin perspektivli biznes-layihələrinin sərmayələşdirilməsinə yönləndilməsi, hətta MDB-yə üzv ölkələrin sərhədlərindən xaricə kapital ixracının qarşısının alınması və sair təklifləri nəzərdə tutan proqramın hazırlanmasının gərəkli olduğunu bildirir. Belə təkliflər digər regionlarda, (Asiya və Amerikada) da nəzərə çarpır. Bu isə dolayısı ilə “G-20”nin qəbul etdiyi kommunigenin prinsiplərinə qarşı çıxmaq anlamını verir.
“Böyük iyirmilik” “G-7”nin səhvlərini təkrarlayır?
İqtisadi araşdırmalarla məşğul olan ekspertlərin qənaətinə görə, London zirvə toplantısı “G-7” ölkələrinin indiyədək keçirilən sammitlərindən o qədər də fərqlənmir. Böyük Britaniyanın maliyyə bazarları üzrə baş eksperti Culian Cessopun fikrincə, London sammitində qlobal maliyyə böhranına qarşı stimul verən yeni təməlin qoyulması üçün heç nə əldə olunmadı. Eksprert bu fikirdədir ki, sammitdə qəbul olunmuş bəyannamə qlobal maliyyə sistemində mütərəqqi islahatların aparılması üçün ciddi bir şey vəd etmir. Amerikalı mütəxəssis Boyd Kolyerin fikrincə, “Böyük iyirmilik” ölkələrinin liderləri tərəfindən qlobal böhranla bağlı görülən tədbirlər çox zəifdir. çünki hər bir ölkə “öz iqtisadiyyatımı qoruyum” prinsipi üzrə hərəkət edir. Onun fikrincə, aparıcı ölkələr iqtisadi böhrana qarşı milli siyasətdən əl çəkib, qlobal səviyyədə siyasət həyata keçirməlidir.
Dünyanın nüfuzlu iqtisadçılarından sayılan Stiven Rouç böhrana qarşı effektiv tədbirlərin tətbiq olunacağına inamsız yanaşır və hesab edir ki, bu səbəbdən də maliyyə böhranı 3-4 il davam edəcək.
S.Rouç indiki böhranı ötən əsrin 30-cu illər böhranı ilə müqayisə edərək, eynilə oxşar iqtisadi, sosial və siyasi çalarların yarandığını iddia edir. Onun fikrincə, kapitalizm cəmiyyətinin üzləşdiyi hər iki sarsıdıcı iqtisadi böhranın səbəbləri içərisində siyasi-hərbi intriqalar diqqəti daha çox cəlb edir. Onların içərisində ən fəlakətlisi 1929-33-cü illəri əhatə edən iqtisadi böhran olub. Həmin dövrdə dünya iqtisadiyyatının tempi 44 faiz azalmışdı, dünya üzrə istehsal müəssisələrinin 25-30 faizi fəaliyyətini qoruyub saxlamışdı. Böhran ilk dövrdə maliyyə-bank sektorunu əhatə etdi, sonra isə sənayeni, kənd təsərrüfatını, ticarəti, nəqliyyatı - bir sözlə, iqtisadiyyatın bütün sahələrini əhatə etdi. O zaman bir çox ölkələrin valyutası 20-40 faiz dəyərini itirdi, yüzlərlə bank və kompaniya iflasa uğradı, milyonlarla xırda sahibkarlar müflisləşdi və var-yoxdan çıxdı. Həmin böhran zamanı dünyada qeydə alınmış işsizlərin sayı 35 milyon nəfəri ötdü. 80 il əvvəlki böhrana o dövrdə iri kapitalist ölkələrinin, Qərbin nəhəng dövlətləri arasında hökm sürən dərin ziddiyyətlər təkan vermişdi. Həmin dövlətlər arasındakı siyasi-iqtisadi münasibətlərin çox mürəkkəb xarakter daşıması böhranla mübarizəni çətinləşdirirdi. Stiven Rouç hesab edir ki, indiki dünya iqtisadi böhranı eynilə, 80 il əvvəlkinin təkrarıdır. Böhrana qarşı birgə mübarizə formalarının olmaması effektiv nəticələr vermir və verməyəcək. İqtisadçı, hətta böhranın resessiya və depressiyalarla nəticələnəcəyini, cinayətkarlığın və küçə iğtişaşlarının artacağını iddia edərək donmuş sosial-etnik problemlərin kəskinləşəcəyini proqnozlaşdırır. Belə ki, dövlətlərarası münasibətlərdə xaos başlayacaq, bu da dünya iqtisadiyyatında iqtisadi və siyasi kataklizmlərə gətirib çıxaracaq. Hətta ötən əsrin 30-cu illərindəki böhran necə II Dünya müharibəsinə gətirib çıxarmışdısa, indiki böhran da yeni dünya müharibəsi üçün barıt çəlləyi ola bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05

