Azərbaycan Respublikasının Baş naziri Koreya Respublikasının daxili işlər naziri ilə görüşüb
19.08.2016 [12:33]
Avqustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlığına dair Forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Koreya arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir Artur Rasizadə son vaxtlar iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığımızın genişləndiyini xatırladıb. Baş nazir bildirib ki, nüfuzlu dövlət rəsmilərinin bu cür qarşılıqlı səfərləri əlaqələrimizin daha intensiv inkişafı üçün yaxşı zəmin yaradır. Azərbaycandakı iqtisadi-sosial durum barədə ətraflı məlumat verən Baş nazir Koreya Respublikası ilə də səmərəli əməkdaşlığın dərinləşməsi üçün müvafiq layihələrin icrasına lazımi şərait yaradılacağını diqqətə çatdırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlığına dair Forumun mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında imzalanacaq Memorandumun dövlətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edən qonaq deyib ki, dövlət idarəçiliyində şəffaflığın artırılması, “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilən “e-hökumət” layihəsi, o cümlədən müasir innovasiyaların tətbiqi baxımından milyonlarla vətəndaşa xidmət edən “ASAN xidmət”in yaradılması Azərbaycanın uğurlarındandır və bu təcrübədən bəhrələnmək faydalı olardı.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun da iştirak etdiyi görüşdə Azərbaycan-Koreya əməkdaşlığına dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11

