“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni çap avadanlıqları quraşdırılıb
18.10.2016 [10:02]
Muxtar respublikada nəşriyyat işinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində ən müasir çap avadanlıqları alınaraq quraşdırılıb, birliyin maddi-texniki bazası gücləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində quraşdırılan yeni çap avadanlıqlarına baxıb.
Məlumat verilib ki, nəşriyyatda “KBA Rapida 75-4” markalı B2 formatlı ən müasir ofset çap maşını, rəqəmsal monoxrom yüksəksürətli rizoqraf çap avadanlığı, professional tamrəngli çoxfunksiyalı rəqəmsal çap avadanlığı və soyuq laminasiya avadanlığı quraşdırılaraq istehsal prosesinə hazır vəziyyətə gətirilib. Müasir ofset çap maşınının gücü saatda 16 min çap vərəqidir. Nəşriyyatda cildləmə prosesi də tam avtomatlaşdırılıb, rəngayırma otağının avadanlıq hissəsi işçi heyətdən şəbəkə arakəsməsi vasitəsilə ayrılıb, çap maşınları üzrə məhsulun qiymətləri hazırlanaraq ayrıca guşədə yerləşdirilib.
Yeni çap avadanlıqlarının quraşdırılması sifarişçinin istəyinə uyğun olaraq istənilən ölçüdə, rəngli və ya ağ-qara formatda kitab, jurnal, qəzet, buklet və digər məhsulların çap olunmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri nəşriyyatın imkanlarından səmərəli istifadə olunmasının və mütəxəssis hazırlığının diqqətdə saxlanılmasının vacibliyini bildirib, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin internet saytının yaradılması barədə tapşırıq verib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55

