Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilib
08.12.2016 [10:17]
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edib.
ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının - KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunub.
Dövlət İdarəçilik Akademiyasının dosenti, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, konfransın məqsədi Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Konfransda iştirak edən ABŞ-ın aparıcı ali məktəblərinin tələbə və doktorantları artıq bir neçə gündür Azərbaycandadırlar. Onlar ölkəmizlə yaxından tanış olur, səmərəli görüşlər keçirirlər.
Sonra Elçin Əhmədov konfransda “XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri” mövzusunda təqdimatla çıxış edib.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd edib ki, akademiyada müxtəlif sahələr üzrə, o cümlədən Qarabağla bağlı tədqiqatlar aparılır. Rektor ölkəmizin ötən illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söhbət açıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov konfransda çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat verib. Azərbaycanın Cənubi Qafqazın ən böyük dövləti olduğunu deyən Əli Həsənov ölkəmizin siyasi, iqtisadi, sosial, humanitar göstəricilərə görə regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Prezidentin köməkçisi Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 75-78 faizinin Azərbaycanın payına düşdüyünü diqqətə çatdırıb.
Azərbaycandakı multikultural və tolerant mühit barədə danışan Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ölkəmizdə əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Eyni zamanda, Azərbaycanda digər xalqların, dinlərin, etnik qrupların nümayəndələri də dinc yanaşı yaşayırlar. Bu gün Azərbaycanın multikulturalizm modelinin bütün dünyada nümunə göstərildiyini vurğulayan Əli Həsənov deyib ki, ölkəmizdə dövlət tərəfindən müxtəlif dinlərin nümayəndələri üçün ibadətgahlar tikilir və dini icmaların fəaliyyəti maliyyələşdirilir. Bütün bunlar Azərbaycan cəmiyyətindəki multikultural dəyərlərə söykənir.
Professor Əli Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklərdən söhbət açıb. Qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində bütün dini, tarixi abidələri, mədəni, sosial obyektləri dağıdıblar. Azərbaycanda isə paytaxtın mərkəzində erməni kilsəsi qorunub saxlanılır. Otuz min erməni Azərbaycanda təhlükəsiz şəraitdə yaşayır. Azərbaycan dünyada sülhün, multikultural şəraitin bərqərar olmasının tərəfdarıdır.
Azərbaycanın iqtisadi uğurlarından danışan Əli Həsənov deyib: “Zəngin enerji ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun da inkişafı hər zaman diqqətdə saxlanılıb. Belə ki, neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun, insan kapitalının inkişafına yönəldilir. Enerji resurslarından əldə olunan gəlirlər hesabına son 20 ildə Azərbaycan dövləti 50 mindən çox gəncin dünyanın aparıcı universitetlərində təhsil almasını maliyyələşdirib”.
Prezidentin köməkçisi, həmçinin konfrans iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, turizm imkanları, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr barədə də məlumat verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məhsəti Əliyeva ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, Xocalı faciəsi barədə danışıb.
Konfransda, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Arye Qutun, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın, Dövlət İdarəçilik Akademiyasının müəllimi, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini Səfiyə Mehbalıyevanın çıxışları dinlənilib. Onlar ermənilərin Azərbaycan ərazilərinə köçürülmə siyasətindən, Ermənistanın ölkəmizə hərbi təcavüzünün ağır nəticələrindən bəhs ediblər.
Müzakirələrlə davam edən konfransda suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

