Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər təklif edəcək

YAP bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər təklif edəcək

10.06.2009 [10:39]

Yeni Azərbaycan Partiyası bələdiyyələrlə əlaqədar qanunvericilyə əlavə və dəyişikliklərin edilməsini zəruri sayır. Bu haqda dünən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentdə çıxışı zamanı bildirib. Bu ilin dekabr ayında bələdiyyə seçkilərinin keçiriləcəyini deyən S.Novruzov qeyd edib ki, seçki ərəfəsində normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə ehtiyac var: “Növbəti iclasların birində bu məsələyə baxılmalıdır. Seçki Məcəlləsində də bələdiyyələrə aid müddəalarda yeniliklər olmalıdır. Prezident seçkiləri və referendumdan sonra ortaya çıxan məsələlər var ki, məhz onları nəzərə alaraq biz qanunvericiliyin təkmilləşdirilməsinin tərəfdarıyıq. Daha çox müşahidəçilik və məntəqə üzvlərinin statusu ilə bağlı dəyişikliklərin edilməsini zəruri hesab edirik. Biz təkliflərimizi yazılı şəkildə parlamentin müvafiq komitəsinə təqdim edəcəyik”.
YAP İcra katibinin müavini siyasi partiyalar haqqında qanuna da yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, bu qanun ölkə Konstitusiyasına və Seçki Məcəlləsinə uyğunlaşdırılmalıdır: “Siyasi partiyaların funksiyalarından biri də seçkilərdə iştirakdır. Bələdiyyə seçkilərinə qədər bu qanuna da yenidən baxılması vacibdir. Hətta bu yaxınlarda Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev ölkəsinin siyasi partiyalar haqqında qanununa təkliflər verib və bu təkliflər partiyalar tərəfindən dəstəklənib”.

Paylaş:
Baxılıb: 1123 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31