Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib
10.01.2017 [10:13]
Yanvarın 7-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:
1. 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təsdiq edilməsi
4. “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.
Ali Məclisin Sədri bildirib ki, 2016-cı ildə ölkəmiz dövlət müstəqilliyinin 25 illik yubileyini təntənə ilə qeyd edib. Zaman baxımından qısa müddətdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişafa, tərəqqiyə çatıb və buna görə xalqımız Ümummilli lider Heydər Əliyevə borcludur. Məhz Ulu öndərimizin fədakarlığı sayəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas olub. Bu gün dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Ali Məclisin Sədri vurğulayıb ki, Ulu öndərimizin siyasi xəttinə sadiqlik, ölkə Prezidentinin göstərdiyi böyük diqqət və qayğı sayəsində Naxçıvan Muxtar Respublikası 2016-cı ili də müsbət nəticələrlə başa vurub. Muxtar respublikada görülən işlərin əsasını insanların rahat yaşayışının və təhlükəsizliyinin təmin edilməsi, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqi və inkişaf tempinin qorunub saxlanılması təşkil edir. 2016-cı ilin muxtar respublikada “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu məqsədə çatmaqda əhəmiyyətli rol oynayıb, görülən işə görə məsuliyyət hissi daha da artıb.
Mövcud maddi və iqtisadi resurslardan səmərəli istifadə edilərək çoxşaxəli iqtisadiyyat formalaşdırılıb, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində sosial-iqtisadi sahədə inkişaf təmin edilib.
İqtisadi dayaqların möhkəmlənməsində investisiya fəallığının gücləndirilməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada islahatların həyata keçirilməsi ilə yanaşı, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına da diqqət artırılıb.
Qeyd olunub ki, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına da öz təsirini göstərib.
Eyni zamanda 2016-cı ildə sənaye sektoruna da xüsusi diqqət yetirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirib ki, muxtar respublika əhalisinin böyük əksəriyyətinin kəndlərdə yaşaması kənd təsərrüfatının daim diqqət mərkəzində saxlanılmasını şərtləndirir. Aydındır ki, kənd təsərrüfatının inkişafı bilavasitə torpaqla bağlıdır. Ona görə də bu sahədə mütərəqqi və intensiv metodların tətbiqinə üstünlük verilib, əl əməyinin yüngülləşdirilməsi, əkinçilikdə və heyvandarlıqda məhsuldar sortlardan istifadə olunması istiqamətində tədbirlər həyata keçirilib.
Müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması su itkisini aradan qaldırıb, yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb olunub.
Bütövlükdə kənd təsərrüfatının inkişafı üzrə göstəricilər artıb, 429 milyon 448 min manatlıq məhsul istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 faiz çoxdur.
Ötən il ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması istiqamətində fəaliyyət də uğurla davam etdirilib.
Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri davamlı xarakter alıb, 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilib, 9 yaşayış binasında yenidənqurma və əsaslı təmir işləri aparılıb. Gənc ailələrin mənzillə təmin olunmasına kömək məqsədilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və fondun xətti ilə 951 min manat həcmində kreditlərin verilməsi təmin olunub.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin əhatə dairəsini genişləndirib, əhalinin içməli su və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər, həmçinin, artan tələbata uyğun olaraq müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorundan səmərəli istifadə tədbirləri davam etdirilib.
Vurğulanıb ki, iqtisadi inkişafla yanaşı, sosial inkişaf da diqqət mərkəzində saxlanıb. Bu gün muxtar respublikada təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hər bir kənddə, yaşayış məntəqəsində yeni məktəb binaları tikilir, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Eyni zamanda zəruri elmi infrastrukturun formalaşdırılması, elmi kadrların hazırlanması tədbirləri də diqqətdən kənarda qalmayıb.
2016-cı il Naxçıvan tarixinin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı tədbirlərlə əhəmiyyətli olub. İlin əvvəlində üç cildlik “Naxçıvan tarixi” kitabının təqdimatı keçirilib. Bundan başqa, muxtar respublikanın tarixi ilə bağlı ölkə arxivlərindən yeni sənədlər gətirilərək Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilib.
Əhali sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illər səhiyyə sahəsində aparılan islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib.
Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onların fəaliyyətinin səmərəli təşkili istiqamətində də tədbirlər görülüb. Belə ki, Naxçıvan televiziyası internet üzərindən canlı yayıma başlayıb, yeni çap avadanlıqları alınaraq “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində quraşdırılıb.
Ali Məclisin Sədri onu da qeyd edib ki, Muxtar respublikada ərzaq, enerji və informasiya təhlükəsizliyi ilə yanaşı, müdafiə sahəsində təhlükəsizlik məsələləri də diqqətdə olub. Silahlı qüvvələrimizin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri 2016-cı ildə də davam etdirilib.
Sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov çıxış ediblər.
“Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev çıxış ediblər.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi” təsdiq olunub.
Sonra “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.
Sessiyanın gündəliyində duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilib və bununla əlaqədar qərar layihəsi qəbul edilib.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq 2016-cı ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini yeni ilin başlanması münasibəti ilə təbrik edib və 2017-ci ildə uğurlar arzulayıb.
Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

