/ / Səfir Erkan Özoral: Azərbaycan ötən 25 ildə regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib
Səfir Erkan Özoral: Azərbaycan ötən 25 ildə regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib
14.01.2017 [10:02]
Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatıb. Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi “bir ananın iki oğlu, bir ağacın iki qolu” olan Türkiyə və Azərbaycan arasında “Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol” 1992-ci il yanvarın 14-də tarixdə imzalanıb, eyni gündə Türkiyə Respublikasının Bakıdakı baş konsulluğu səfirliyə çevrilib və bu, Azərbaycanda açılan ilk səfirlik olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulması və Türkiyənin Azərbaycandakı səfirliyinin yenidən açılmasının 25-ci ildönümü ilə bağlı Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın açıqlamasında yer alıb.
“Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olmuş, aramızda hörülən divarlar bu həqiqəti heç vaxt dəyişdirə bilməmişdir. “Soyuq müharibə” dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışmışdır. 1990-ci ildə Bakıda baş verən 20 Yanvar faciəsi və daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olmuşdur”, - deyə səfir vurğulayıb.
Qeyd edib ki, Azərbaycan bu gün nail olduğu mövqe, hərtərəfli inkişaf hədəfi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatıb. Azərbaycan ötən 25 ildə Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və Prezident İlham Əliyevin liderliyi və iradəsi ilə regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji tərəfdaşımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öz töhfəsini verib. Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələr intensivliyini qorumaqdadır. İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional, qlobal rifah və əmin-amanlığa xidmət etməkdədir. Bunun ən gözəl nümunəsi birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda, Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığına və sabitliyinə öz töhfəsini verməkdədir.
Səfir deyib: “Ötən 25 il ərzində birlikdə nail olduqlarımız gələcəyə ümidlə nəzər salmağımızı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir. Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələri daha da inkişaf etdirmək və eyni taleyi bölüşərək əl-ələ verib gələcəyə doğru irəliləmək bizlərin əcdadımız qarşısındakı borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20

