Azərbaycan Davos Forumunda uğurla təmsil olunur
19.01.2017 [10:19]
Millət vəkilləri hesab edirlər ki, ölkəmizin iqtisadi sahədə qazandığı uğurların beynəlxalq ictimaiyyətə təqdim olunmasında Davos Forumu mühüm platformadır
Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun növbəti toplantısı keçirilir. Azərbaycan hər il bu Forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Davos Forumunda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətlərinin və kooperasiyalarının təmsilçiləri iştirak edərək qlobal iqtisadi proseslər və maliyyə, enerji, ətraf mühit, makroiqtisadiyyatla bağlı iqtisadi təhlillər aparırlar. Forumun əhəmiyyəti ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib ki, Davos İqtisadi Forumu dünyanın ən nüfuzlu iqtisadi tədbiridir. Bu tədbir əlaqələrin daha optimal şəkildə qurulması, hər kəsə xeyir verəcək layihələrin ortaya çıxması və müqavilələrin bağlanması ilə şərtlənir. M.Quliyev bildirib ki, Davos Forumunda on il ərzində uğurla iştirak edən nüfuzlu şəxslərə fəxri mükafat təsis olunub. Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu mükafatı alanlar arasındadır. Onun sözlərinə görə, bu Forumda Azərbaycanın çox mühüm yeri var, ölkəmiz orda vacib tərəfdaş kimi tanınır. “Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin rəhbərləri Azərbaycana maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri Azərbaycanın dövlət başçısı ilə görüşür, müəyyən müqavilələr imzalanır, layihələr müzakirə edilir. Bütövlükdə Davos Forumu çox əhəmiyyətli tədbirdir və orda Azərbaycanın hər il dövlət başçısı səviyyəsində təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir, iqtisadi əlaqələrimizi davamlı və etibarlı edir”, - deyən YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Davos Forumunda təkcə iqtisadi deyil, siyasi məsələlər də müzakirə olunur.
M.Quliyev bildirib ki, Davos Forumunda Azərbaycan Prezidentinin ardıcıl olaraq böyük nümayəndə heyəti ilə iştirakı, dünyanın tanınmış siyasi xadimləri, biznes elitası ilə görüşləri, həmin görüşlər nəticəsində gündəmə gələn layihələr, müqavilələr Azərbaycanın, bir tərəfdən, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması və nüfuzunun güclənməsini şərtləndirir, digər tərəfdən, ölkəmiz özü üçün çox gərəkli olan iqtisadi layihələrə imza atır: “İndi Azərbaycan öz iqtisadi-sosial inkişafının yeni mərhələsini, postneft dövrünü yaşayır və belə bir zamanda bizim Davos Forumunda təmsil olunmağımız yeni əlaqələrin qurulması, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı 11 yol xəritəsinin reallaşması yönündə maraqlı görüşlər keçirilməsi, təkliflərin verilməsi baxımından da önəmlidir. Azərbaycan öz məhsullarının dünya bazarlarına çıxarılmasında bu yoldan da uğurla istifadə edəcək”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, Azərbaycanın iqtisadi sahədə uğurlarının dünyaya təqdim olunmasında Davos Forumu mühüm vasitədir. Onun sözlərinə görə, Azərbaycanın Davos Forumunda iştirak etməsi ölkəmizin böyük iqtisadi uğurlar qazanmasına imkanlar yaradır. Forumda ölkələrin iqtisadi inkişafı üzrə təhlillərin aparıldığını deyən A.Hüseynov qeyd edib ki, bu təhlillərin nəticələri dünyanın Azərbaycana olan marağını daha da artırır. Millət vəkili bildirib ki, hər il İsveçrənin Davos şəhərində keçirilən İqtisadi Forumda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətlərin və kooperasiyaların təmsilçiləri iştirak edirlər: “Ən başlıcası isə, iqtisadi təhlillər aparan və dünyada gedən iqtisadi prosesləri izləyən və sonda iqtisadi proqnozları elan edən beyin mərkəzləri bu forumda təmsil olunur. Forumda enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, ekoloji təhlükəsizlik və ümumilikdə dünyada gedən qlobal proseslər müzakirə obyektinə çevrilir və sonda əldə olunan nəticələr və təhlillər gələcək illər üçün statistik göstəricilərə çevrilir”.
Forumun Azərbaycana böyük önəm verdiyini deyən A.Hüseynovun fikrincə, bunun başlıca səbəbləri Azərbaycanın son 13 ildə özünün inkişaf modelinə, iqtisadi göstəricilərinə və iqtisadiyyatının unikallığına görə dünya iqtisadçılarının, beyin mərkəzlərinin və iqtisadi reytinq göstəricilərini müəyyənləşdirən beynəlxalq qurumların diqqətini cəlb etməsidir. Davos Forumunda Azərbaycan Prezidentinin hər zaman çox yüksək səviyyədə qarşılandığını deyən millət vəkili hazırkı tədbir çərçivəsində də dövlətimizin başçısının mühüm görüşlər keçirdiyini vurğulayıb. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Davos fəxri üzvlər klubunun nişanı ilə təltif olunması dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova da Davos Forumunun dünyada ən nüfuzlu platformalardan biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan qlobal əhəmiyyət daşıyan layihələrə imza atmaqdadır, xüsusilə də bütün Avropa ölkələrini əhatə edən “Cənub” qaz dəhlizi kimi nəhəng layihəyə start verib və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələri üçün hərtərəfli imkanlar yaradılıb: “Bu, onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir. Qlobal enerji məsələləri ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın mövqeyi başlıca əhəmiyyət kəsb edir”.
Millət vəkilinin sözlərinə görə, Davos Forumunda Azərbaycanın sabit və dayanıqlı iqtisadi inkişafı da təqdir olunur: “Azərbaycan Prezidentinin də vurğuladığı kimi, dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı düşünülmüş siyasət nəticəsində artıq ölkəmiz neftdən asılı olmadığını təsdiq etməkdədir. Hazırda ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas mənbələr qeyri-neft sektorunda cəmləşib. Həmçinin respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir və artıq ölkəmiz iki peykini orbitə çıxarıb”.
D.Cəbrayılova qeyd edib ki, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Onun sözlərinə görə, Forumun hesabatlarında ölkəmiz bir sıra istiqamətlər üzrə öncül yerdədir: “Hazırkı forum çərçivəsində Azərbaycan Prezidenti bir sıra mühüm görüşlər keçirib. Hesab edirəm ki, keçirilən görüşlər, aparılan danışıqlar Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

