"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti"
23.06.2009 [11:32]
İki il əvvəl Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası dövlət başçısının xarici siyasət fəaliyyətinin xronikasını əhatə edən elektron resurs hazırlayaraq internet istifadəçilərinə təqdim edib. ötən müddət ərzində istifadəçilərin və oxucuların bu mövzuya artan marağını, ehtiyaclarını nəzərə alaraq kitabxananın əməkdaşları həmin elektron resursu yeni sənəd və materiallarla zənginləşdirərək, “Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti” adlı elektron nəşr hazırlayıblar.
SİA-nın məlumatına görə, dörd fəsildən ibarət olan bu elektron nəşrin birinci fəsli “Xarici siyasət fəaliyyətinin xronikası”, ikinci fəsli “Xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr”, üçüncü fəsli “Xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların xronikası”, dördüncü fəsli isə “Xarici ölkələrə səfərlərin fotoxronikası” adlanır.
Elektron nəşrdə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri, həyata keçirilən balanslaşdırılmış siyasi xəttin bütün məqamları əhatə olunub. Mütəxəssislər-beynəlxalq icmalçılar, politoloqlar, tədqiqatçılar, dövlət orqanlarının əməkdaşları, eləcə də, geniş oxucu kütləsi Prezident Kitabxanasının www.preslib.az saytında yerləşdirilmiş zəngin material bazasından faydalana biləcəklər.
Elektron nəşrin materiallarının təhlili göstərir ki, Azərbaycan Prezidenti 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin iyun ayının 20-dək dünyanın 40 ölkəsinə 114 dəfə səfərə gedib. Bu səfərlərin 44-ü dövlət və rəsmi, 70-i isə işgüzar səfərlərdir. Səfərlərin 75 faizi isə Avropa ölkələrinin payına düşür.
Təhlillər göstərir ki, dövlət başçısı İlham Əliyev qonşu dövlətlərlə daha sıx münasibətlərin qurulmasına xüsusi önəm verib. Belə ki, Prezident İlham Əliyev bu dövrdə Rusiya Federasiyasında 19, Türkiyə Cümhuriyyətində 10, Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə səfərdə olub. Dövlət başçısı 7 dəfə Fransaya, 5 dəfə Polşa və Qazaxıstana, 4 dəfə Rumıniya və İsveçrəyə, 3 dəfə Almaniya, Belçika və Səudiyyə Ərəbistanı Krallığına, 2 dəfə ABŞ, Macarıstan, Yunanıstan, Slovakiya, İtaliya, çin, Belarus, Tacikistan, Vatikan və Litvaya səfərə gedib. Prezident bu dövrdə, həmçinin, Küveyt, çexiya, özbəkistan, Pakistan, Böyük Britaniya, Moldova, Xorvatiya, Bolqarıstan, Yaponiya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Koreya, Misir, İordaniya, Finlandiya və Türkmənistan dövlətlərinin hər birində bir dəfə səfərdə olub.
Göstərilən dövrdə Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə dünyanın 26 ölkəsinin dövlət başçıları 55 dəfə Azərbaycana səfərə gəliblər. Gürcüstan Prezidenti bu müddətdə 7 dəfə, Türkiyə və Ukrayna prezidentlərinin hər biri 5 dəfə, İran və Litva prezidentlərinin hər biri 4 dəfə, Bolqarıstan, Rumıniya və Polşa prezidentlərinin hər biri 3 dəfə, Rusiya, Moldova və İordaniya prezidentlərinin hər biri isə 2 dəfə Azərbaycanda səfərdə olublar.
Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də ölkəmizə qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çox intensiv görüşlər keçirib, müzakirələr aparıb. Dövlət başçısı bu səfərləri zamanı dövlət, hökumət və parlament rəhbərləri ilə 254 görüş və qəbul, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 64 görüş və qəbul, ümumilikdə isə 486 görüş və qəbul keçirib. Prezident İlham Əliyev ölkəmizə səfərə gəlmiş yüksək səviyyəli qonaqlarla 64 görüş və qəbul, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 338 görüş və qəbul, ümumilikdə 1295 görüş və qəbul keçirib.
Prezident İlham Əliyev fəaliyyəti dövründə 2 dəfə BMT-nin Baş katibi, 10 dəfə ATƏT-in fəaliyyətdə olan sədri, 5 dəfə NATO-nun Baş katibi, 3 dəfə AŞPA-nın sədri, 5 dəfə Avropa Şurasının Baş katibi və 10 dəfə İKT-nin Baş katibi ilə görüşüb.
Fəaliyyəti dövründə Prezident İlham Əliyev ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə danışıqlar aparmaq üçün 17 dəfə Ermənistanın dövlət başçısı (12 dəfə R.Köçəryanla, 5 dəfə S.Sarkisyanla) ilə görüşüb. Prezident bu məsələ ilə əlaqədar ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərini 47 dəfə qəbul edib. ümumiyyətlə, dövlət başçısının xaricdə və ölkəmizdə keçirdiyi görüş və qəbulların sayı 1780-dən çoxdur.
Elektron nəşrin ikinci fəslində istifadəçilər Prezident İlham Əliyevin həm xarici ölkələrə səfərləri zamanı, həm də ölkəmizə qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüş və qəbullarda etdiyi 422 çıxışın, nitqin, mətbuat üçün bəyanatın və müsahibənin xronoloji ardıcıllıqla toplanmış tam mətni ilə tanış ola biləcəklər.
Müqavilə, saziş, bəyannamə, memorandum, protokol, konvensiya və digər beynəlxalq sənədlərin təsdiq edilməsi məqsədilə Prezidentin imzaladığı qanun, fərman və sərəncamların xronikası ilə istifadəçilər bu elektron nəşrin üçüncü fəslində tanış olacaqlar. Bu qəbildən olan sənədlərin sayı 1451-dir; onların 429-u qanun, 13-ü Fərman, 1009-u isə Sərəncamdır.
Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayı 5000-dən çoxdur.
Elektron nəşrin dördüncü fəslində isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xarici ölkələrə etdiyi səfərləri zamanı keçirdiyi yüksək səviyyəli görüşlərinin fotoxronikası istifadəçilərə təqdim olunur.
Elektron nəşr rəsmi mətbuat materialları əsasında mütəmadi olaraq yeniləşdirilir.
Xəbər lenti
Hamısına baxElm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31

