Qaradağ rayonunun əhalisi bələdiyyə seçkilərində də yüksək fəallıq göstərəcək
25.06.2009 [10:02]
Dünən qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı YAP Qaradağ rayon təşkilatı tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının gücü, nüfuzu Ulu öndər Heydər Əliyevin ideyalarında və Onun əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir. A.Hüseynovun sözlərinə görə, son illərdə keçirilmiş parlament və prezident seçkilərində, həmçinin, 2009-cu il 18 mart referendumunda əldə olunmuş nəticələr bir daha göstərdi ki, YAP kifayət qədər güclü və təcrübəlidir: “Bu gün isə cəmiyyətimiz bələdiyyə seçkilərinə hazırlaşır. Qaradağ rayonu əvvəlki siyasi kampaniyalarda olduğu kimi, bu seçkilərdə də aktiv iştirak edəcək. YAP Qaradağ rayon təşkilatı da üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq”.
Sonra Qaradağ rayonunda yerləşən ərazi təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib. YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Əlzamin Məmmədov bildirib ki, prezident seçkilərində və referendumda aktiv iştirak edən rayon gəncləri qarşıdan gələn bələdiyyə seçkilərində də məhsuldar işləyəcək, onlara olan inamı doğruldacaqlar.
çıxış edən rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə İsmayılovanın sözlərinə görə, cəmiyyətdə qadınların rolu böyükdür: “Bu, özünü bütün sahələrdə büruzə verir. Qadınlar, həmçinin, seçki kampaniyalarında da aktiv iştirak edirlər. Prezident seçkilərində və referendumda qadınlarımız bir daha gördükləri işlərlə etimadı doğrultdular. Bir sözlə, Qaradağ rayonunun qadınları bələdiyyə seçkilərində də fəal iştirak edəcək, bu siyasi kampaniyaya da özlərinə məxsus töhfələrini verəcəklər”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov deyib ki, Qaradağ rayonu 15 oktyabr prezident seçkilərində və referendumda fəal iştirak edərək yüksək nəticələr əldə edib: “Qaradağ rayonunda aparılan abadlıq-quruculuq işləri insanlar arasında böyük ruh yüksəkliyi yaradıb. Əlbəttə ki, bütün bunlar cənab İlham Əliyevin yürütdüyü uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir”.
Eldar İbrahimov qarşıdan gələn bələdiyyə seçkilərinə də toxunaraq söyləyib ki, budəfəki seçki kampaniyasında da məsuliyyətli, ciddi işlər görülməlidir: “Bələdiyyə seçkilərinə də eyni məsuliyyətlə getməliyik. Əvvəlki seçki kampaniyalarında əldə etdiyimiz uğurları yenidən təkrarlamalıyıq”.
Fikirlərini tədbir iştirakçıları ilə bölüşən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyalarından qidalanaraq irəli gedir: “Azərbaycan demokratikləşmə istiqamətində böyük inkişaf yolu keçib, cəmiyyətdə plüralizm bərqərar olub. Formalaşan açıq cəmiyyətin bir elementi olan özünüidarə orqanlarının da cəmiyyətdəki rolu getdikcə artır. Bu baxımdan bələdiyyə seçkiləri bizim üçün vacibdir. Ona görə də, insanlarımız bu seçki kampaniyasında da aktiv və məsuliyyətli olmalı, rasional seçim etməlidirlər”.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bir daha vurğulayıb ki, rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşır. O, Qaradağ rayonunda yüksək nəticələrin əldə olunacağına inandığını söyləyib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22

