/ / Milli Məclisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilib
Milli Məclisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilib
02.06.2017 [10:12]
İyunun 1-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva açaraq gündəlik barədə məlumatı diqqətə çatdırıb.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclasda çıxış edərək sosial məsələlərin həllinin Azərbaycanın daxili siyasətində prioritet məsələlərdən biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Konstitusiyasında sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var və ölkəmiz bu sahədə bir sıra konvensiyalara qoşulub. Ziyafət Əsgərov bəzən avropalı həmkarlarının Azərbaycana qarşı ikili standartlardan yanaşdığını da vurğulayıb: “Azərbaycan öz dövlət müstəqilliyini 25 ildir bərpa edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən ölkəmizin ərazisinin 20 faizi işğal edilib. Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var, onların 300 mini uşaqdır”.
Birinci vitse-spiker onu da qeyd edib ki, Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, onların bir hissəsinin - qaçqın və məcburi köçkün uşaqların illərdən bəri doğma torpaqlarında sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb.
Daha sonra Ziyafət Əsgərov iclasın gündəliyinə təqdim edilən miqrasiya, iqlim dəyişikliyi, dünyada uşaq hüquqlarının genişləndirilməsi ilə bağlı məsələlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. O, Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə olduğunu dilə gətirib. Köhnə sovet texnologiyası ilə tikilən və istismar müddətini bitirən atom stansiyasının Avropa ölkələri üçün də real təhlükə olduğunu, bu məsələdə Ermənistanın seysmik zonada yerləşməsinin xüsusi diqqətə alınmalı olduğunu qeyd edib.
Sonra iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək gündəlikdəki məsələlərlə əlaqədar fikirlərini bildiriblər. Vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə azərbaycanlı uşağın hüquqları pozulub, onlar öz doğma yurdundan didərgin salınıblar. Hərbi münaqişə zamanı 190-dan çox uşaq qətlə yetirilib, yüzlərlə uşaq yaralanıb, 61 uşaq itkin düşüb, 27-si hələ də əsirlikdədir. Dövlətimiz tərəfindən münaqişə zamanı 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olunub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, əfsuslar olsun ki, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Qeyd olunub ki, ölkə başçısı İlham Əliyev bütün uşaqların savadlı, bilikli, dövlətimiz üçün dəyərli vətəndaş olmaları üçün əlindən gələni əsirgəmir. Dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi, uşaqların qidalanması, təhlükəsizliyi, zorakılığa məruz qalmaması, təlim-tərbiyə və səhiyyə müəssisələrindəki şəraitin yaxşılaşdırılması sahəsində görülən işlərdən, məktəbəqədər təhsil sistemindəki irəliləyişlərdən, ana və uşaq ölümünün azaldılması üçün tətbiq edilən yeniliklərdən, həyata keçirilən effektiv preventiv tədbirlərdən söhbət açılıb. Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən ümumrespublika uşaq forumlarının rolu xüsusi qeyd olunub.
İclasda yeni təkliflər irəli sürüldü və avropalı parlamentarilərin ölkəmizlə bağlı sualları cavablandırılıb.
Sonra toplantıda 2017-ci ilin 25-27 aprel tarixlərində qurumun Strasburqda keçirilmiş protokolları təsdiq edilib. Təşkilatın uşaqlar üzrə alt komitəsinin sədri Baronessa Massey 2017-ci il mayın 31-də Milli Məclisdə keçirilmiş uşaq hüquqlarına dair parlament seminarı və görüşü barədə alt komitənin hesabatını təqdim edib. Hesabat qəbul edilib.
İclasda “Turin prosesi: Avropada insan hüquqlarının möhkəmləndirilməsi”, “Silahlı münaqişələrdən çıxmış uşaqların müdafiəsi”, “İqlim dəyişikliyi və Paris Sazişinin həyata keçirilməsi”, “Miqrasiya Avropanın inkişafında bir imkan kimi”, “Valideyn səlahiyyətləri münaqişələri” mövzusunda məruzələr dinlənilib.
İclasın sonunda cari məsələlər müzakirə edilib, alt komitələrin siyahılarında edilən dəyişikliklər təsdiqlənib, gələcək tədbirlərin yeri və tarixləri dəqiqləşdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

