Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib

03.06.2017 [10:34]

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, xidmətin müvafiq strukturları üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə görülən işlərin davamı olaraq iyunun 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, şəxsi heyəti salamlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinə alınan yeni texniki avadanlıqlara baxıb.
İnzibati binaya baxış zamanı qeyd olunub ki, iki mərtəbədən ibarət olan binada xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb, iş otaqları müvafiq avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Təlim mərkəzində lazımi idman avadanlıqları və dəstləri ilə təmin olunmuş 2 idman zalı və yardımçı otaqlar istifadəyə verilib.
Həyətdə də abadlıq işləri aparılıb, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31