Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatının təqdimatı olub
03.06.2017 [10:36]
İyunun 2-də Nazirlər Kabinetində Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun və BMT missiyasının iştirakı ilə 2017-ci ilin iyul ayında Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədov bu toplantının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının dördüncü toplantısı olduğunu bildirib. Qeyd edib ki, artıq 6 aydan çoxdur Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Bu müddət ərzində bir çox layihələr həyata keçirilib. Xüsusilə BMT-nin Bakıdakı ofisi ilə uğurlu əməkdaşlıq həyata keçirilərək, bir sıra tədbirlər təşkil edilib. Ən əsası, qısa müddətdə 2017-ci ilin iyul ayında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatı hazırlanıb.
Əli Əhmədov qeyd edib ki, bu gün müzakirə edilən əsas məsələlərdən biri də Azərbaycanın Könüllü Milli Hesabatının təsdiq edilməsidir. Hesabat təsdiq olunacağı təqdirdə müvafiq qaydada BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək.
“Həmçinin bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının gördüyü işlər qiymətləndiriləcək, təqdimat nəticəsində BMT missiyasının təmsilçilərinin rəyləri dinləniləcək. Gündəlikdə duran digər məsələ isə monitorinq və qiymətləndirmə qrupunun yaradılmasıdır. Qısa zamanda gördüyümüz işlərə və hesabatın hazırlanmasına nəzər salsaq, beynəlxalq və yerli ekspertlərin, həmçinin BMT-nin Bakı ofisinin göstərdiyi dəstəyi xüsusi qeyd etməliyik”, - deyə Baş nazirin müavini vurğulayıb.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov 2017-ci ilin iyul ayında keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyəli Siyasi Forum üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ilkin hesabatının hazırlanması ilə bağlı cari vəziyyət barədə məlumat verib.
Daha sonra Azərbaycanın Könüllü Milli Hesabatı müəyyən qeydlər nəzərə alınmaqla BMT missiyası tərəfindən qəbul edilib və təsdiq olunub. Monitorinq və qiymətləndirmə qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.
BMT missiyasının rəhbəri Ben Sley missiyanın yekun qiymətləndirməsi zamanı bildirib ki, qısa zaman ərzində işçi qrupun hazırladığı Azərbaycanın Könüllü Milli Hesabatı yüksək səviyyədədir. Azərbaycanın hesabatı Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumun ən uğurlu hesabatlarından olacaq.
Yekun olaraq Baş nazirin müavini Əli Əhmədov BMT missiyasına və Bakı ofisinə, həmçinin Azərbaycanın Könüllü Milli Hesabatının hazırlanmasında iştirak edən dövlət qurumlarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

