/ / Əli Həsənov: Ermənistanın cəbhədəki son təxribatlarını da qeyri-konstruktiv mövqe kimi dəyərləndiririk
Əli Həsənov: Ermənistanın cəbhədəki son təxribatlarını da qeyri-konstruktiv mövqe kimi dəyərləndiririk
20.06.2017 [09:39]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe dünya ictimaiyyətinə, həmçinin BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Parlamentinə, Avropa Şurasına və bu məsələ ilə məşğul olan digər qurumlara çatdırılıb. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalıdır, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 19-da jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib.
Əli Həsənov deyib: “Əlbəttə, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini anlayırıq. Ancaq əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək. Amma biz, eyni zamanda, konstruktiv sülhə nail olmağa hazırıq”.
Prezidentin köməkçisi vurğulayıb ki, həmsədrlərin Azərbaycana səfərləri vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir. Hesab edirik ki, istər ikitərəfli formatda, istər həmsədrlərin iştirakı ilə keçirilən görüşlər, istərsə də dövlət başçılarının, xarici işlər nazirlərinin görüşlərinin əksəriyyəti ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, Dağlıq Qarabağın və işğal altında olan digər torpaqların Azərbaycan Ordusu tərəfindən azad olunması faktı qaçılmazdır.
Əli Həsənov qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti həmişə davam edib. Onlar indiyə qədər bu siyasətə heç zaman ara verməyiblər. Sadəcə olaraq, müəyyən məqamlarda bir qədər geri çəkiliblər, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar: “Bütövlükdə biz 1990-cı illərdən başlayaraq bu günə qədər bir dəfə də ermənilərin bu məsələdə təxribatsız ötüşdüyünün şahidi olmamışıq. Onlar davamlı olaraq təxribata əl atırlar. Xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmdə səylərin artdığı zamanda belə təxribatlara əl atırlar, cəbhə bölgəsində qarşıdurmanı gücləndirməyə və beynəlxalq aləmdə antiazərbaycan mövqelərini bu fonda gizlətməyə çalışırlar. Digər tərəfdən də ölkə daxilində əhalinin Ermənistan hakimiyyətinə, iradəsiz rejimə olan narazılığını ört-basdır etməyə çalışırlar. Ona görə də biz bu təxribatları da əvvəlki təxribatlar kimi Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndiririk”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39

