/ / Baş nazir Li Nak-Yeon: Koreya Azərbaycanın regionda qabaqcıl ölkəyə çevrilməsini məmnunluqla müşahidə edir
Baş nazir Li Nak-Yeon: Koreya Azərbaycanın regionda qabaqcıl ölkəyə çevrilməsini məmnunluqla müşahidə edir
30.06.2017 [10:07]
Koreya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyunun 26-da Koreyanın Baş naziri Li Nak-Yeon ilə görüşüb.
Baş nazir Li Nak-Yeon Azərbaycan nümayəndə heyətini Seulda salamlamaqdan məmnunluğunu bildirib, bu səfərin çox əhəmiyyətli bir tarixə - iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini deyib. O, Koreya-Azərbaycan əlaqələrinin inkişafına hər iki tərəfin göstərdiyi dəstəyin davamlı olacağına əminliyini ifadə edib.
Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edərək, regionda qabaqcıl ölkəyə çevrilməsini məmnunluqla müşahidə etdiklərini bildirən Li Nak-Yeon ölkəsinin Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da dərinləşməsinə tərəfdar olduğunu deyib.
İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayan Baş nazir Azərbaycanda Koreya şirkətlərinin fəaliyyətinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan şirkətlərini də Koreyada görməkdən məmnun olacaqlarını diqqətə çatdırıb.
Baş nazir Li Nak-Yeon Koreya vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiklərini, son dövrlər ölkəmizə səfər edən koreyalıların sayının artmasının sevindirici hal olduğunu deyib, bunun iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafının təzahürü olduğunu diqqətə çatdırıb. O, özünün də Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov Koreyaya yenidən səfər etməyə məmnun olduğunu bildirib, səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib.
Azərbaycan-Koreya münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran O.Əsədov deyib ki, ötən 25 il ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq qurulub. O, əlaqələrimizin bu səviyyəyə qalxmasında ölkə rəsmilərinin səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Parlament sədri qarşılıqlı ticarət dövriyyəsinin indiki həcminin iki ölkənin iqtisadi potensialından aşağı olduğunu, gələcəkdə birgə səylər nəticəsində iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Bu istiqamətdə iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunan Milli Məclisin sədri mütəmadi olaraq biznes forumların təşkilinin iki ölkənin iş adamları arasında yeni təmasların yaranmasına xidmət edəcəyini deyib. O, Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətindən də söz açıb.
Oqtay Əsədov Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin region və ümumilikdə Avropa üçün əhəmiyyətindən bəhs edib, bu yaxınlarda inşası başa çatacaq və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars layihəsindən Koreyanın da faydalanmasının iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirəcəyini deyib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25

