/ / Azərbaycanın Baş naziri ABŞ-da fəaliyyət göstərən “Bney Bris” yəhudi təşkilatının prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri ABŞ-da fəaliyyət göstərən “Bney Bris” yəhudi təşkilatının prezidenti ilə görüşüb
01.07.2017 [10:19]
İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Bney Bris” (Bnai-Brith İnternational) yəhudi təşkilatının prezidenti Hari Saltzmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmimilik şəraitində keçən görüşdə ABŞ ilə Azərbaycan arasında son vaxtlar mövcud olan xoşməramlı münasibətlər fonunda hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub və bunun üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, hələ XIX əsrdə yaradılaraq, təkcə Amerika yəhudilərinin deyil, ümumən bəşəriyyətin tərəqqisinə xidmət edən qədim tarixə malik “Bney Bris” təşkilatı geosiyasi şərait və iqtisadi potensial baxımından bölgədə mühüm mövqeyi olan, tolerant və multikultural ənənələrə malik Azərbaycanın ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığının bir çox istiqamətlər üzrə dərinləşdirilməsi üçün əlindən gələn köməyi etməyə hazırdır.
Müstəqillik illərində respublikamızın əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi, mədəni uğurlar barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə ölkəmizin qarşısında duran ən ağrılı problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bu barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə bəzi beynəlxalq qurumlarda problemin həllinə ikili standartlarla yanaşıldığını da təəssüflə vurğulayıb. Baş nazir problemin yalnız hüquqi normalar çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinə dair Azərbaycan hökumətinin prinsipial mövqeyini qonaqların nəzərinə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53

