/ / ATƏT PA-nın Minskdə keçirilən 26-cı illik sessiyasının yekunu ilə bağlı parlamentdə mətbuat konfransı olub
ATƏT PA-nın Minskdə keçirilən 26-cı illik sessiyasının yekunu ilə bağlı parlamentdə mətbuat konfransı olub
12.07.2017 [09:14]
İyulun 11-də Milli Məclisdə ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasının yekunu ilə bağlı mətbuat konfransı olub.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Milli Məclisin sədrinin müavini Bahar Muradova, deputatlar Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə iştirak ediblər.
Konfransı Milli Məclisin Mətbuat katibi Akif Nəsirov açıb.
Əvvəlcə Milli Məclis sədrinin müavini Bahar Muradova sessiyada Azərbaycan nümayəndə heyətinin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin sentyabrda bölgəyə səfəri gözlənilir. Qarşıdakı müddətdə bu səfərin reallaşması üçün müvafiq tarix seçiləcək. ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi hər üç ölkəyə səfər edəcək.
Bahar Muradova bildirib ki, Minsk iclasında ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan insidentlə bağlı geniş fikir mübadiləsi aparılıb. Onun sentyabrda bölgəyə gözlənilən səfəri və bu səfərin proqramı, ora daxil ediləcək məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. Sonra hər üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. İşçi qaydasında keçirilən görüşdə hər tərəf bu səfərlə bağlı öz mövqeyini bildirib.
Milli Məclisin sədr müavini bildirib ki, görüşdə tərəflər bu səfərin vacibliyini və belə səfərlərin daha tez-tez keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev siyasi komitədə qəbul edilən qətnamə haqqında danışıb. Qeyd edib ki, biz ATƏT PA çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi uğrunda mübarizə aparırıq. Bununla bağlı kifayət qədər işlər görülüb. Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirir və onunla bağlı çağırışlar edir. Budəfəki sessiyada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələ gündəmə gətirilib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla əlaqədar çağırışı münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi. ATƏT PA qəbul etdiyi qətnamədə Ermənistanın sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə açıq şəkildə qiymət verdi. Heç bir halda ölkələrin sərhədləri pozula, suverenliyi zədələnə bilməz. Hesab edirəm ki, çox mühüm sənəd oldu.
A.Quliyev, həmçinin bildirib ki, Sessiyada ATƏT-in Minsk qrupunun fəaliyyəti də ciddi tənqid olundu, onların nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi və bu gün danışıqlardan yayınan Ermənistanın danışıqlar masasına gəlməsi və nəticəyə söykənən danışıqlara başlanılması ilə bağlı fikirlər bildirildi. Həmçinin qaçqın və məcburi köçkünlərin doğma yurdlarına maneəsiz qayıtmaları ilə bağlı çağırışlar səsləndi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq.
Azay Quliyev “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması barədə danışaraq qeyd edib ki, bu, Azərbaycan üçün önəmli bir layihədir və ölkəmizin ən böyük uğurlarından biridir. Azərbaycan qədim İpək Yolunun mərkəzində yerləşən, vaxtilə bu yolun işlək formaya gətirilməsinə və bütövlükdə Şərqlə Qərbin bir-birindən faydalanmasına töhfə verən ölkələrdən olub.
Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili müəllifi olduğu və ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasının iclasında qəbul edilən “Multikulturalizm - qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsindən danışıb. O, multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin tərəqqisindəki rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

