Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçiriləcək
17.07.2009 [10:32]
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən praqmatik və tarazlaşdırıcı xarici siyasət kursu ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın “haqq işi” olan Dağlıq Qarabağ probleminin də dünya gündəmində mütəmadi olaraq yer alan başlıca müzakirə obyektlərindən birinə çevrilməsinə səbəb olub. Təsadüfi deyil ki, son illərdə Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar xeyli intensivləşib və aparıcı dövlətlərin müvafiq toplantıları və qərarlarında münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinin zəruriliyi vurğulanmaqdadır. Son 3 ildə “Böyük Səkkizlər”in müvafiq olaraq Sankt-Peterburq, Potsdam və L-Aqulla zirvə toplantılarında Dağlıq Qarabağ münaqişəsinin müzakirəyə çıxarılması və həll edilməsi istiqamətində səylərin artırılmasının vurğulanmasını Azərbaycan diplomatiyasının uğuru və dünya ictimaiyyətinin bu problemə diqqətinin artması kimi izah edə bilərik. Analoji göstəricilərdən biri də ötən il Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında imzalanmış “Mayndorf Bəyannaməsi”dir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Mayndorf Bəyannaməsi” Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə əsaslanır və özündə 3 mühüm elementi ehtiva edir:
1. Bu sənəd tərəflər arasında imzalanmış saziş deyil, siyasi bəyannamədir və bilavasitə Azərbaycanla Ermənistan arasında imzalanıb. Yəni, Ermənistan tərəfi uzun müddət sərgilədiyi qeyri-konstruktiv mövqeyindən müəyyən qədər imtina edərək münaqişə tərəflərinin birə-bir şəkildə kimlər olduqlarını göstərən sənədə imza atıb;
2. Bəyannamədə münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, eləcə də həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll edilməsi nəzərdə tutulur. Dolayısıyla bildirilir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həlini tapmalıdır. Qeyd edək ki, ərazi bütövlüyü beynəlxalq hüququn ali prinsipi hesab edilir və bu, istər BMT-nin Nizamnaməsində, istər ATƏT-in Helsinki Yekun Aktında, istərsə də bu sənədlərə müvafiq olaraq qəbul edilmiş qətnamə və qərarlarda birinci dərəcəli məsələ hesab edilir. ATƏT-in Helsinki Yekun Aktında göstərilir ki, ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir və onun pozulması qətiyyən yolverilməzdir. Sənəddə o da qeyd edilir ki, hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər. Bir sözlə, “Mayndorf Bəyannaməsi”ndə də beynəlxalq hüquq normaları əsas götürüldüyünə görə Azərbaycanın ərazi bütövlüyü əsas prinsip kimi qəbul edilir;
3. Bəyannamədə yer alan prinsiplərdən biri də odur ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Yəni bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin mərhələ-mərhələ nizamlanması prinsipi əsas tutulur. Bu da, Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın mövqeyini tam adekvat şəkildə əks etdirir: “Bizim mövqeyimiz münaqişənin mərhələli şəkildə həll edilməsindən yanadır. Ermənistan isə münaqişənin paket formasında həll edilməsi tərəfdarı kimi çıxış edirdi...”
Digər tərəfdən, ötən həftə Azərbaycana rəsmi səfər edən Dmitri Medvedevin timsalında Rusiyanın münaqişə ətrafında qəti mövqeyi bir daha ortaya qoyuldu. Moskva öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini xüsusi olaraq diqqətə çatdırdı: “...Ərazi bütövlüyü pozulmaz prinsipdir. Xalqların öz müqəddəratını təyin etməsinə gəldikdə isə, bu, yalnız Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər...”
Bunlardan əlavə, ötən həftə ölkəmizə rəsmi səfər edən Şimon Peres, Lex Kaçinski və Bəşşar-əl Əsədin timsalında İsrail, Polşa və Suriya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini bəyan etdilər. Bu da ona dəlalət edir ki, Azərbaycanın ərazi bütövlüyü istər bölgəsəl, istərsə də qlobal aktorların, demək olar ki, hamısı tərəfindən dəstəklənir.
Mühüm məqamlardan biri isə budur ki, Azərbaycanın beynəlxalq arenada möhkəmlənən mövqeyi və önəminin artmasına paralel olaraq ATƏT-in Minsk qrupunun da münaqişənin həlli istiqamətində göstərdiyi səylər intensivləşməkdədir. Belə ki, həmsədr ölkələr tərəfindən irəli sürülən “Madrid prinsipləri”ndə Dağlıq Qarabağ ətrafı rayonların Azərbaycanın nəzarətinə qaytarılması, qaçqın və məcburi köçkünlərin münaqişə yaranmamışdan əvvəl yaşadıqları ərazilərə qaytarılması kimi fundamental prinsiplər öz əksini tapıb. “Madrid prinsipləri”ndə Dağlıq Qarabağa müvəqqəti status verilməklə onun təhlükəsizliyinə təminat yaradılması maddəsi öz əksini tapsa da, bunun suveren Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Bu isə Azərbaycanın mövqeyini əks etdirən başlıca prinsiplərdən birini təşkil edir. Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu ərazidə yaşayanlara ölkəmizin ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırdır: “...Bu məsələylə bağlı birinci mərhələdə müvəqqəti status mexanizmi razılaşdırıla bilər, qəti status məsələsi isə tərəflərin bu barədə razılığa gəlməsindən sonra həll ediləcək...”
Dolayısıyla, Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutacaq növbəti görüşü ərəfəsində, yuxarıda sadalanan amillər ona dəlalət edir ki, Azərbaycanın sərgilədiyi qəti və sülhpərvər mövqe nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə yeni bir mərhələyə start verilib. Bu mərhələdə atılan addımlar - sərgilənən fəaliyyət isə inkişaf müstəvisində seyr etməkdədir. Bu da onu deməyə əsas verir ki, yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanması istiqamətində həlledici nəticələr əldə ediləcək.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09

