/ / Türkiyənin BİLGESAM Mərkəzi Əli Həsənovun Xocalı soyqırımından bəhs edən monoqrafiyasını saytında yerləşdirib
Türkiyənin BİLGESAM Mərkəzi Əli Həsənovun Xocalı soyqırımından bəhs edən monoqrafiyasını saytında yerləşdirib
12.10.2017 [10:15]
İstanbulda fəaliyyət göstərən BİLGESAM Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi monoqrafiyasının türk və ingilis dillərindəki elektron versiyalarını öz saytında yerləşdirib.
AZƏRTAC xəbər verir ki, BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Türkiyənin və dünyanın aparıcı strateji araşdırmalar mərkəzlərindən biridir. Mərkəz zaman-zaman tədqiqatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə yer verir.
Türkiyədə fəaliyyət göstərən diplomatik korpus, eləcə də nüfuzlu ali məktəblər və strateji araşdırma mərkəzləri elmi ictimaiyyət arasında böyük nüfuza malik olan BİLGESAM ilə əməkdaşlıq edir və bu qurumun nəşrlərinə abunədir.
Qeyd edək ki, “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabında XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin yaranmış vəziyyətdən istifadə edərək yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını davam etdirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə əsassız ərazi iddiaları irəli sürmələri nəticəsində ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs olunur. Təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ağır terror aktları barədə müfəssəl məlumat verən müəllif yazır: “XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur”.
Səkkiz dildə nəşr olunan bu kitabda, həmçinin Xocalı şəhərinin coğrafi quruluşu, onun strateji əhəmiyyəti, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə məlumat verilir. Monoqrafiya Xocalı soyqırımı, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə məşğul olan tədqiqatçılar, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.
Böyük elmi əhəmiyyətə malik bu fundamental kitabın yaxın aylarda BİLGESAM-ın aylıq nəşri olan, regional və qlobal xarici və təhlükəsizlik məsələləri üzrə siyasi təhlillərə yer verən “Stratejist” jurnalında nəşr edilməsi də nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

