Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

16.11.2017 [10:27]

Noyabrın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli sərəncamları ilə ölkəmizin ictimai-siyasi həyatında fəal və səmərəli fəaliyyətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Mərkəzi Seçki Komissiyasının üzvləri Şaitdin Sərdar oğlu Əliyev və Nizami Hüseyn oğlu Nadirova dövlət mükafatlarının təqdim edilmə mərasimi keçirilib.
Tədbirdə sədr Məzahir Pənahov çıxış edərək dövlətimizin başçısı tərəfindən verilən bu yüksək qiymətin Mərkəzi Seçki Komissiyasında böyük minnətdarlıqla qarşılandığını bildirib və ölkə rəhbəri adından ordenləri sahiblərinə təqdim edib.
Sonra Komissiyanın 2017-ci il iyulun 28-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
İclasda Azərbaycanda seçkilərin tarixi toplusunun nəşri ilə bağlı məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30