Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib
29.11.2017 [10:35]
Muxtar respublikanın kompleks inkişafı sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunu da əhatə edib. Rayonda geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, sakinlərin rahat yaşayışı təmin edilib. Həyata keçirilən tədbirlər Sədərək rayonunda mədəniyyətin inkişafı üçün də geniş imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri Sədərək Rayon Mədəniyyət Evinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və binada fəaliyyət göstərəcək təşkilatların kollektivlərini təbrik edərək deyib ki, Sədərək Rayon Mədəniyyət Evinin istifadəyə verilməsi rayonda mədəni həyatın canlanmasına səbəb olacaqdır. Binada Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşmiş Kitabxana Sistemi və Mədəniyyət Evi fəaliyyət göstərəcəkdir. Bu da hər üç təşkilatda çalışan 40-a yaxın əməkdaş üçün müasir iş şəraitinin yaradılması deməkdir.
Ali Məclisin Sədri deyib: “Mədəniyyət Evində yaradılan şərait müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir. Muxtar respublikanın teatr və musiqi kollektivlərinin, eləcə də rayon uşaq-musiqi məktəbinin şagirdlərinin Mədəniyyət Evində tamaşa və konsert proqramları ilə çıxış etmələri üçün hərtərəfli şərait var. Ona görə də Sədərək Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlamalı, muxtar respublikanın teatr və musiqi kollektivləri rayona dəvət olunmalı, ictimaiyyətin iştirakı ilə tədbirlər keçirilməli, hesabat konsertləri təşkil olunmalı, tamaşalar göstərilməlidir. Həmçinin Mərkəzləşmiş Kitabxana Sisteminin zəngin kitab fondundan istifadə olunmalı, kitab günləri və müzakirələri keçirilməlidir. Mədəniyyət Evində fəaliyyət göstərən təşkilatlar yaradılan şəraitdən səmərəli istifadə etməli, öz işlərini günün tələbləri səviyyəsində qurmalı, Sədərək rayonunda mədəni həyatın inkişafına öz töhfələrini verməlidirlər”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivlərə uğurlar arzulayıb, binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində Mədəniyyət və Turizm Şöbəsi üçün 3 otaq, proyektor quraşdırılan 220 yerlik tamaşa zalı, dekorasiya, kinoproyeksiya və qrim otaqları yerləşir. İkinci mərtəbədə Mərkəzi Kitabxananın kitabişləmə və komplektləşdirmə şöbəsi, oxuculara xidmət şöbəsi, oxu zalı və fond üçün otaqlar, üçüncü mərtəbədə isə Mərkəzləşmiş Kitabxana Sisteminin Uşaq Şöbəsi və Mədəniyyət Evi üçün otaqlar istifadəyə verilib. Binanın zirzəmisində isə bufet, qazanxana və arxiv fəaliyyət göstərəcəkdir.
Mədəniyyət Evinə 3 kompüter və 1 fortepiano verilib. Hazırda Mədəniyyət Evində rəsm və qarmon dərnəkləri, uşaq yallı qrupu fəaliyyət göstərir. Sədərək Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fondunda 21 min 741 kitab vardır. Uşaq şöbəsində isə oxucuların istifadəsinə 1900-ü kiril, 1503-ü latın qrafikalı olmaqla 3 min 403 kitab verilib.
Ali Məclisin Sədri Mədəniyyət Evindəki dərnəklərin fəaliyyətinin təşkili və kitabxanalardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.
Sonra tamaşa zalında Sədərək Rayon Mədəniyyət Evinin instrumental ansamblının və uşaq yallı kollektivinin çıxışı olub.
Ali Məclisin Sədri instrumental ansamblın üzvləri və uşaq yallı kollektivi ilə görüşüb, Mədəniyyət Evinin fəaliyyəti üçün yaradılan şəraitdən səmərəli istifadə olunmasının və konsertlərin təşkilinin vacibliyini bildirib.
Binanın həyətində müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30

