Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi davam edir
18.08.2009 [11:59]
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 13-dən Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi keçirilir. Yarışların ikinci günü, pianoçuların müsabiqəsində iştirakçıların çıxş sırasını müəyyən etmək üçün püşkatma keçirilib. Pianoçular müsabiqəsinin 22 iştirakçısından 7-si Azərbaycanı, digərləri isə Rusiya, ABŞ, Yaponiya, çin, Fransa, Xorvatiya və Bolqarıstanı təmsil edirlər.
Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların müsabiqəsinin birinci turuna yekun vurulub. İştirakçılar arasında azərbaycanlı ifaçılar müsabiqənin favoritlərindən sayılır. Müsabiqədə 15 ölkədən 22 ifaçı iştirak edir. Onlardan 4-ü Azərbaycanı təmsil edir. Müsabiqənin ən gənc ifaçısı Prezident təqaüdçüsü Toğrul Hüseynlidir. Doqquz yaşından beynəlxalq festivallarda iştirak edən və qələbələr qazanan gənc pianoçu bu dəfə də qalib olmağa iddialıdır. Digər azərbaycanlı pianoçu Züleyxa Şıxıyeva da müsabiqənin favoritlərindən sayılır. Amma o, öz ifasından o qədər də razı qalmayıb. Pianoçuların müsabiqəsinə qatılan ABŞ, Fransa, Bolqarıstan, Rusiya və çin təmsilçiləri Bax və Şopenin əsərlərini səsləndiriblər. Münsiflər heyəti müsabiqənin ilk turunu yüksək qiymətləndiriblər. Dünya şöhrətli musiqiçilər Beynəlxalq festivalı və pianoçuların müsabiqəsini bu ilin mart ayında Azərbaycanda keçirilmiş muğam festivalının davamı adlandırıblar. Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan, Rusiya və İsrail ifaçılarının klassik musiqidən ibarət konserti olub. Klassik musiqi həvəskarları axşam saatlarında beynəlxalq festivalın keçirildiyi açıq meydançaya toplaşıblar. Onlar İsrailin “Ranaana” simfonik orkestrinin müşayiəti ilə dünya şöhrətli solist Oksana Yablonskayanın ifasında, Azərbaycanın xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə möhtəşəm konsert proqramını maraqla dinləyiblər. Konsertdə dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib. Xatırladaq ki, avqustun 14-də, həmçinin Beynəlxalq musiqi festivalı çərçivəsində kamera musiqisi konserti keçirilib. Əvvəlcə çıxış edənlər bildiriblər ki, festival bir daha Azərbaycanda gənclər üçün geniş üfiqlərin yaradıldığını nümayiş etdirir. Sonra söz musiqiyə verilib. Konsertin əsas özəlliyi ustadlarla yanaşı gənc musiqiçilərin bir səhnədə çıxış etməsində idi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı iştirakçılarının bir qrupu Şəki şəhərində olub. Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, festival iştirakçıları Xan sarayının qarşısında mehribanlıqla qarşılanıblar. Sonra qonaqlar sarayın qala divarları içərisindəki meydanda xalqımızın qədim atüstü milli oyunlarından olan “sür papaq” oyununa tamaşa edib, folklor kollektivlərinin çıxışlarını izləyib, sarayın həyətində çay süfrəsi ətrafında Şəki şirniyyatının dadına baxıblar. Şərq memarlığının nadir incilərindən olan Xan sarayı ilə tanışlıq festival iştirakçılarının böyük marağına səbəb olub. Sonra qonaqlar “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix-diyarşünaslıq və Xalq tətbiqi sənəti muzeyləri, habelə XVIII əsrə aid memarlıq abidəsi “Yuxarı Karvansara” mehmanxana kompleksi ilə yaxından tanış olublar.
Festival iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılıblar. Xatırladaq ki, musiqi bayramı avqustun 23-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34

