Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
16.12.2017 [00:59]
Dekabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil edildiyini bildirib.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Vilayət Əlizadə məlumat verib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanıb, 13 maddədən və hər iki ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı göstərilən iki əlavədən ibarətdir. Sənəd karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq etmək və dövlət karantin tədbirlərinin əlaqələndirilməsini təmin etmək məqsədilə hazırlanıb. Sazişə əsasən, tərəflər bir ölkənin ərazisindən digər ölkəyə göndərilən karantin nəzarətində olan materialların idxalı, ixracı və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilmiş fitosanitar qaydalarına riayət etməyi öhdələrinə götürürlər.
Qeyd edilib ki, Saziş beş il müddətinə bağlanılır və tərəflərdən biri bu müddətin bitməsinə ən azı altı ay qalmış Sazişi ləğv etmək niyyəti barədə digər tərəfə yazılı şəkildə bildiriş göndərməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunla əlaqədar bildirilib ki, 7.2-ci maddədə “stadionların” sözündən sonra “qəbiristanlıqların” sözü əlavə edilir. Təklif olunan dəyişiklik qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilə bilməməsini təsbit etmək məqsədilə hazırlanıb.
Yeni redaksiyaya əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Müzakirələr zamanı komitə üzvləri Eldar Quliyev, Cavanşir Paşazadə, Novruzəli Aslanov çıxış edərək sənədlər barədə öz fikirlərini açıqlayıblar.
İclasda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19

