/ / Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı qərarı dövlətçilik tariximizə verilən böyük dəyərdir
Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı qərarı dövlətçilik tariximizə verilən böyük dəyərdir
12.01.2018 [10:03]
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır
Məlum olduğu kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən qərar isə yanvarın 10-da Prezident İlham Əliyev tərəfindən verilib. Belə ki, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Qeyd edək ki, müsəlman Şərqində ilk demokratik respublika olan və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin tarixində mühüm bir yerə malikdir. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirir. 2008-ci ildə Cümhuriyyətin yaranmasının 90 illik yubileyində çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının fəaliyyətinə həmişə böyük hörmətlə yanaşdığını və onların fəaliyyətinə böyük qiymət verdiyini bildirib. Bir neçə gün öncə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də da dövlət başçısı bu məqama xüsusi olaraq toxunub: “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Həmin iclasda cari ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edən dövlət başçısı vurğulayıb ki, il ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ölkə Prezidentinin bu addımını yüksək qiymətləndirib. Millət vəkili deyib ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın öz tarixinə bağlılığının və daim ona sahib çıxmasının göstəricisidir: “Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay ərzində həmin dövrün müasir dövlətçiliyinin əsasını qoymuşdu. Həmin şanlı cümhuriyyət tarixi hər birimizin fəxarətidir. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdə, xüsusilə 1993-cü il 15 iyundan - Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan həmin dövrün tarixinin dərindən öyrənilməsini, o dövrdə başlanan aktual məsələlərin müasir dövrdə də aktuallaşdırılmasının davam etdirilməsini və azərbaycançılığın əbədi yaşaması üçün müstəqil dövlətin möhkəmlənməsini əsas götürdü”.
Milli Məclisin üzvü Sahibə Qafarova isə 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını çox böyük tarixi əhəmiyyətə malik bir qərar adlandırıb. Millət vəkili bildirib ki, Azərbaycan xalqı haqlı olaraq öz tarixi ilə fəxr edir: “Həmin dövrdə cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox tarixi bir missiyanı yerinə yetirdi, o dövrdə hətta bir sıra Qərb dövlətlərindən də əvvəl demokratik islahatlar həyata keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etdi”.
2018-ci il ərzində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində mühüm tədbirlərin keçiriləcəyini deyən millət vəkili S.Qafarova bildirib ki, bu tədbirlər Azərbaycanın dövlətçilik tarixinin, xalqımızın ənənələrinin öyrənilməsi və təbliğ olunmasına, o cümlədən gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunması işinə töhfə verəcək.
Sahibə Qafarovanın sözlərinə görə, Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Xatırlatmaq istərdim ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin Cümhurriyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq olduğunu və bu ənənələri uğurla yaşatdığını, demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini sübut edib”, - deyə Sahibə Qafarova qeyd edib.
Milli Məclisin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini mühüm, tarixi hadisə adlandırıb. Millət vəkili bildirib ki, bu qərar milli şüurun yüksəlişinə təkan verən sanballı töhfədir: “Cənab Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizin və demokratik ənənələrimizin təbliğinə, milli şüurun yüksəlişinə, dövlətimizə məhəbbətin, inamın artmasına təkan verən sanballı töhfədir, tarixi hadisədir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14

