Azərbaycan-İsveçrə əlaqələrinin perspektivləri müzakirə olunub
14.03.2018 [09:57]
Martın 13-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyası Federal Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyən Milli Məclisin sədri dövlətlərimiz və parlamentlərimiz arasındakı sıx münasibətlərin gündən-günə inkişaf etdiyini bildirib. “Sevindirici haldır ki, əməkdaşlığımızın daha da dərinləşməsi üçün qarşılıqlı siyasi iradə var. Bu, özünü dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində, aparılan danışıqlarda göstərməkdədir”, - deyə O.Əsədov əlavə edib.
Sədr deyib ki, F.Lombardinin Milli Məclislə dostluq qrupunun rəhbəri kimi ölkəmizə səfəri və Bakıda keçirilən ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında iştirakı böyük əhəmiyyət kəsb edir. O.Əsədov ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılmasının 100 illiyi astanasında olduğunu deyib və ilk parlamentin fəaliyyəti barədə qonağa məlumat verib.
Bildirilib ki, bu il aprelin 11-də müstəqil Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkiləri müşahidə etmək üçün nüfuzlu beynəlxalq qurumların nümayəndələri də ölkəmizə dəvət olunublar. Sədr bu mühüm siyasi kampaniyanın azad və demokratik şəkildə keçirilməsi üçün lazım olan hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edilib ki, Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərdə müsbət dinamika müşahidə olunur. Bu məqsədlə hökumətlərarası birgə komissiya da yaradılıb.
Milli Məclisin spikeri ikitərəfli əlaqələrin inkişafında parlamentlərin roluna diqqət çəkərək, bu sahədə dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirib. O, hər iki ölkə parlamentində belə qrupların fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, qrup üzvlərinin qarşılıqlı səfərləri, beynəlxalq qurumlarda mütəmadi görüşləri parlamentlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İsveçrə Konfederasiyası Federal Assambleyasının Azərbaycanla Parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardi ölkəmizə səfər çərçivəsində Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluq duyduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın qədim İpək Yolunun bərpası istiqamətində atdığı addımlar onlar tərəfindən yüksək dəyərləndirilir. Konfransda müzakirə olunan məsələlər qarşıya qoyulan məqsədlərə çatmaq üçün önəmli rol oynayır.
Qonaq ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Bildirib ki, İsveçrə parlamenti gələcəkdə də Azərbaycan Milli Məclisi ilə münasibətlərin daha da dərinləşməsi üçün gərəkli addımlar atmaq niyyətindədir.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, elm, təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16

