/ / Bakıda "Dünya qaz sənayesinin infrastrukturu 2009 - Xəzər regionu" mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda "Dünya qaz sənayesinin infrastrukturu 2009 - Xəzər regionu" mövzusunda beynəlxalq konfrans keçirilir
16.09.2009 [13:28]
Sonra sentyabrın 15-də - “Əsrin müqaviləsi”nin imzalanmasının 15-ci ildönümü ərəfəsində “Hyatt Regency-Naxçıvan” mehmanxanasında “Dünya qaz sənayesinin infrastrukturu-2009 - Xəzər regionu” (Gas İnfrastructure World Caspian-2009”) mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Tədbiri giriş sözü ilə açan “Avrasiya Kapital” Regional İnvestisiya Bankının icraçı direktoru Əlişir Cumanov bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən bu konfransda Xəzərin qaz sənayesi potensialının inkişafı, qlobal qaz bazarında islahatlar və onun Xəzər regionuna təsiri, regiondakı nəhəng qaz layihələrinin maliyyələşdirilməsi, qazın ixracı zamanı dövlətlərarası əməkdaşlıq, gələcək ixrac marşrutlarına təsir göstərəcək əsas amillərin müəyyən olunması, həmçinin qazın alınması və ixracının vahid strukturunun inkişaf etdirilməsi və s. məsələlər müzakirə ediləcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev konfransın keçirilməsinin “Azəri-çıraq-Günəşli” yataqlar blokunun birgə işlənilməsi və hasilatın pay bölgüsü” haqqında “Əsrin müqaviləsi”nin imzalanmasının 15-ci ildönümü ilə eyni vaxta təsadüf etdiyini və bunun müəyyən mənada rəmzi xarakter daşıdığını söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın çoxşaxəli inkişafı, qlobal enerji bazarına inamla daxil olması, dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün münbit zəmin yaradıb, iqtisadiyyatımızın digər sahələrinin də dirçəlişinə güclü təkan verib. “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər, ölkəmizə yönəldilən irihəcmli xarici investisiyalar neft sektorunun tamamilə yeniləşməsinə, texniki və texnoloji cəhətdən inkişaf etməsinə möhkəm əsas yaradıb.
1994-2009-cu illərdə xarici şirkətlərin iştirakı ilə ümumilikdə hasilatın pay bölgüsünə dair 26 saziş imzalanıb. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizə böyük məbləğdə xarici sərmayələrin daxil olması ilə səciyyələnib. 1995-ci ildən bəri ölkənin neft sənayesinə qoyulan sərmayələrin məbləği 37 milyard ABŞ dollarından artıq olub. Nəticədə Azərbaycanda neft-qaz hasilatı yüksələn xətlə inkişaf edib, 1994-cü ildən bu ilin ikinci yarısınadək ölkə üzrə 308 milyon tondan artıq neft hasil olunub.
R.Abdullayev qeyd edib ki, ölkənin enerji sektorunda müvəffəqiyyətlə həyata keçirilən strategiyanın son illərdəki ən möhtəşəm uğuru Azərbaycanın 2007-ci ildə beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Bu, ilk növbədə, 1 trilyon 200 milyard kubmetr qaz və 240 milyon tondan artıq kondensat ehtiyatına malik “Şahdəniz” yatağının istismara buraxılması ilə bağlıdır. Artıq üç ildir ki, ARDNŞ-də ölkənin və Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanmış xüsusi proqram üzrə kompleks tədbirlər həyata keçirilir. Bu proqram çərçivəsində görülən işlər artıq bəhrəsini verməkdədir. Biz bu il müstəqil işlədiyimiz yataqlarda illik qaz hasilatını 8 milyard kubmetr həcmində proqnozlaşdırırıq. İnkişaf etmiş infrastruktur, yaradılmış maddi-texniki potensial və qazanılmış zəngin təcrübə şirkətimizə imkan verir ki, yeni strukturlarda öz resurslarından istifadə etməklə müstəqil işləməyə başlasın. ARDNŞ bunun üçün lazım olan gücə malikdir.
ümumilikdə Xəzər regionu, o cümlədən də Azərbaycan malik olduğu təbii ehtiyatlar baxımından dünya qaz bazarına, xüsusən hazırda böyük aktuallıq kəsb edən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verə bilər. Texniki və texnoloji yeniliklərdən istifadə edilməklə, qaz hasilatının artırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Qeyd etmək lazımdır ki, bazara çıxış ehtiyatlardan asılı olduğu qədər də, infrastrukturdan, bu ehtiyatların nəql imkanlarından asılıdır. Bizim ehtiyatlarımız böyükdür. Amma əsas məsələ nəqliyyat, istehlakçıya qazı necə çatdırmaqdır. İqtisadi cəhətdən səmərəli nəqliyyat dəhlizləri olarsa, təkcə Azərbaycan qazının deyil, regionun digər qaz potensialının da Avropaya daşınmasına nail olmaq mümkündür. Biz “Cənub enerji dəhlizi” konsepsiyası çərçivəsində Xəzər dənizinin müxtəlif milli sektorlarında hasil olunan qaz həcmlərinin Avropaya nəqlini bu baxımdan perspektivli istiqamətlərdən biri kimi qiymətləndiririk. Bu konsepsiya Xəzər hövzəsində çıxarılan qazın yeni nəqliyyat infrastrukturu vasitəsilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu nöqteyi-nəzərdən Cənubi Qafqaz əsas qaz ixrac boru kəmərinin rolunu xüsusi vurğulamaq istərdim. Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə işləyən bu kəmər yalnız bölgə üçün deyil, Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır. 2007-ci ildən “Şahdəniz” yatağının qazı bu kəmərlə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. Hazırda Gürcüstan, Türkiyə, İran, Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadır. Bu gün Avropanın bir çox dövlətləri “Şahdəniz” layihəsinə böyük maraq göstərirlər. Artıq Türkiyə ilə Yunanıstan arasında “Şahdəniz” qazını nəql edəcək boru kəməri istismara verilib. Bu, Avropanın enerji təhlükəsizliyində Azərbaycana ayrılmış rolun mühüm əhəmiyyətini bir daha təsdiqləyir.
çıxışının sonunda R.Abdullayev bildirib ki, Azərbaycan dövləti həm Avropa İttifaqı, həm də maraqlı ölkələr və şirkətlərlə qazın etibarlı, uzunmüddətli tranziti, son istehlak bazarına birbaşa nəqli və rentabellik baxımından ən səmərəli marşrutların müəyyən olunması istiqamətində fəal iş aparır. Enerji sahəsində Azərbaycanın qazandığı etibarlı tərəfdaş imici NABUCCO, Türkiyə-Yunanıstan-İtaliya (TGİ), Transadriatik Boru Kəməri (TAP) və digər genişmiqyaslı enerji layihələrinin əsas iştirakçılarından biri olan ölkəmizlə işbirliyi qurmaq istəyən dövlətlərin sayını artırır. Kommersiya nöqteyi-nəzərindən sərfəli olan, ölkəmizin maraqlarına cavab verən bütün beynəlxalq layihələr Azərbaycanda diqqətlə öyrənilir. Mərkəzi Asiyanın maraqlı ölkələrinin milli şirkətləri ilə birlikdə belə layihələrin reallaşdırılması üçün heç bir hüquqi, texniki və digər maneələr yoxdur. Şirkətimiz enerji layihələrində dövlətimizin maraqlarını təmsil edən qurum olaraq, neft-qaz sənayesinin bütün istiqamətlərində, dünyanın bütün dövlətlərini təmsil edən müvafiq şirkətlərlə məhz kommersiya və milli maraqların qorunması şərti ilə istənilən formada əməkdaşlığa hazırdır.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs təmsil etdiyi qurumun qitənin enerji təhlükəsizliyi sahəsində Azərbaycan ilə əməkdaşlığa bundan sonra da hazır olduğunu söyləyib, bu sahədə perspektivlər, həyata keçirilən layihələrin inkişafı, gələcək planlar barədə qısa məlumat verib. Bildirib ki, Avropa İttifaqı Xəzərin qaz sektorunun işlənməsi üzrə layihələrin reallaşdırılmasına 1,5 milyard ABŞ dolları ayırmağa hazırlaşır.
Konfrans çərçivəsində Andris Piebalqs və Rövnəq Abdullayev təkbətək görüşüblər. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlığın möhkəmləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək layihələr müzakirə olunub.
Sonda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə mətbuat konfransı keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

