Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dini tolerantlıq və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir

Azərbaycan dini tolerantlıq və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir

18.09.2009 [10:52]

Tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib...
İslam mədəniyyətinin paytaxtı - Bakı
ölkəmizin paytaxtı Bakı şəhəri İslam dini dəyərlərinin inkişaf etdirilməsi yönündə mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil, paytaxt Bakı son illərdə bir-birinin ardınca düzənlənən və İslam dini dəyərlərinin inkişaf etdirilməsi və dini həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından mühüm önəm kəsb edən tədbirlərə ev sahibliyi etməkdədir. Bakı, eyni zamanda, sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi baxımından da başlıca mərkəzlərdən birini təşkil edir. Bu baxımdan, dünyanın əsas mərkəzlərindən birinə çevrilən paytaxt şəhəri, həm də müxtəlif dini dəyərlərin daşıyıcısı olan nümayəndələri bir arada qovuşduran tolerantlıq nümunəsidir.
Elə bu amillərin fonunda Bakı şəhəri cari ilin birinci rübündə İSESKO tərəfindən “İslam mədəniyyətinin paytaxtı» elan edilib. Paytaxt şəhərində keçirilən tədbirlərdə iştirak edən İslam ölkələrinin yüksək səviyyəli nümayəndələri tərəddüdsüz vurğulayıblar ki, paytaxtımız dünya sivilizasiyasına, dini-mənəvi-əxlaqi dəyərlərin inkişaf etdirilməsinə və İslam mədəniyyətinə mühüm töhfə verir. Bu günə qədər ölkəmizdə baş tutmuş tədbirləri yüksək səviyyədə qiymətləndirən iştirakçılar diqqətə çatdırıblar ki, bundan sonra da Azərbaycanın bu kimi tədbirlərin aparıcısı və iştirakçısı olacağı şübhəsizdir. Elə bu fikirlərin məntiqi davamı olaraq İslam mədəniyyətinin paytaxtı elan edildikdən sonra Bakıda İslam mədəniyyətinin gücləndirilməsi, güclü həmrəyliyin əsaslarının daha da möhkəmləndirilməsi üçün çoxsaylı tədbirlər keçirilib. Şübhəsiz, bu tədbirlər müsəlman ölkələri və digər dinlərə məxsus insanlar tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Beləliklə, paytaxt Bakı mübaliğəsiz demək olar ki, üstləndiyi bu missiyalar və icra etdiyi funksiyalar baxımından dünya mədəniyyətinin mühüm beşiklərindən birinə çevrilməkdədir. Bir sözlə, paytaxtımız qlobal xarakterli mədəni dəyərlər xəzinəsinə mühüm töhfələr bəxş etməkdədir...
Azərbaycanla digər müsəlman ölkələri arasındakı mədəni əlaqələr sürətlə inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərini müqəddəs Ramazan bayramı münasibətilə qəbul edib. Dövlət başçısı qeyd edib ki, ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir: “Əlaqələr yüksək səviyyədədir və biz çalışmalıyıq ki, bu əlaqələri növbəti illərdə də hərtərəfli inkişaf etdirək, aramızdakı münasibətlər daha da güclü olsun”.
Dövlət başçısı onu da vurğulayıb ki, həm siyasi və humanitar əlaqələrin, həm də iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi bizim maraqlarımıza cavab verir.
Bəli, bu gün Azərbaycanla müsəlman ölkələri arasında digər sahələrlə yanaşı, mədəni istiqamətdəki münasibətlər də yüksək inkişaf tendensiyasına malik müstəvidə hökm sürməkdədir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasınıdakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda mədəni, elmi, dini və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, ölkəmizi müsəlman ölkələrinin etibarlı əməkdaşına və dəyərlərin formalaşdırılmasının mühüm töhfədarına çevirməkdədir.
Tolerantlıq nümunəsi - Azərbaycan
Qeyd etdiyimiz kimi, Azərbaycan tarix boyu digər dinlərin və millətlərin nümayəndələrinə qarşı tutduğu mövqeyə görə tam mənada tolerantlıq nümunəsi kimi çıxış edib. Və bu varislik əlaqələrinin əsasında bu gün də ölkəmiz dünyada ən tolerant məkanlardan birini təşkil etməkdədir. Qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir. çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir. Təbii ki, bütün bunların stimulverici amili və tənzimetmə mexanizmi kimi ilk növbədə Azərbaycan dövlətinin qayğısı və dəstəyi mühüm önəm kəsb edir. Qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin - dəyərlərin əlaqələndiricisi - körpüsüdür. Elə buna görə də, ölkəmizin adı yüksək tolerantlıq sərgiləyən ölkələrin siyahısında ən yüksək yerlərdən birini tutmaqdadır...
Yüksək səviyyəli əlaqələr Azərbaycana beynəlxalq aləmdə dəstək mənbəyidir
Qeyd etdik ki, Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr ən yüksək inkişaf mərhələsində davam etməkdədir. Bu, bütün sahələri, iqtisadi, siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Konfransı Təşkilatında (İKT) təmsil olunur və ikitərəfli, eləcə də, çoxtərəfli formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Belə ki, ötən il BMT-nin 62-ci sessiyasında səsverməyə çıxarılan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”lə bağlı qətnamənin müsəlman ölkələrinin, demək olar ki, hamısı lehinə səs vermişdilər. Eləcə də, Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ məsələsində də bu ölkələrin hər biri Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İKT çərçivəsində qəbul edilən qərar və qətnamələrində də birmənalı şəkildə öz əksini tapır. Belə ki, hər il düzənlənən İKT-nin zirvə toplantılarınıda qəbul edilən yekun qətnamələrdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət öz əksini tapır və Azərbaycanın ərazi bütövlüyü tanınır, eləcə də, dəstəklənir. Qısası, Azərbaycanın praqmatik və ədalətli mövqeyinin fonunda müsəlman ölkələri ölkəmizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər.
Nurlan QƏLƏNDƏROV

Paylaş:
Baxılıb: 1079 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31