/ / Bakıda “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bakıda “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib
08.05.2018 [13:41]
Mayın 7-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbiri açaraq Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsi olduğunu söyləyib. Bildirib ki, Ulu öndərin müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş ictimaiyyətə çatdırmaq və nəsillərin yaddaşında daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı mühüm xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyevin xatirəsi hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Ulu öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinin ön sırasında onun 1993-cü ildə dövlətimizin xilas edilməsi missiyası durur. Hər il qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü onun xilaskarlıq missiyasının başlanğıcıdır. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Xalqımız bu xidməti hər zaman yüksək qiymətləndirir. Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, dövlətimizin gələcəyindən danışmaq mümkün olmazdı. Hazırda Azərbaycanda milli birliyə əsaslanan sabitlik var. Ümummilli liderimiz hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. O qeyd edirdi ki, xalq birləşməlidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də ölkəni inkişaf yoluna çıxarmasıdır. Onun hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə inkişaf başladı. Azərbaycanda bazar iqtisadiyyatının inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər həmişə deyirdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Bu gün Ulu öndərimizin siyasi kursunu Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Hazırda Azərbaycan regionun lider dövlətidir. Azərbaycan böyük inkişaf dövrünü yaşayır.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dövləti Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq QHT-lərlə əməkdaşlıq kursu həyata keçirir. İlk dəfə Azərbaycan iqtidarı məhz Heydər Əliyevin hakimiyyəti dövründə QHT-lərə tərəfdaş kimi baxmağa başladı və bunun nəticəsi olaraq, Azərbaycan Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bu gün də Şura öz fəaliyyətini uğurla həyata keçirir. Əli Həsənov qeyd edib ki, Heydər Əliyev 15 ildir ki aramızda olmasa da, Onun əziz xatirəsi millətini, xalqını sevən hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır.
Əli Həsənov bildirib ki, Ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən biri də azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə gətirməsi oldu.
Ümummilli liderin əsas xidmətlərindən biri də Azərbaycanın siyasi, ictimai inkişafının istiqamətlərini müəyyənləşdirməsi və bunu Konstitusiyada təsbit etməsidir. 1993-cü ildə Azərbaycan müxtəlif modellər seçə bilərdi. Ümummilli lider hakimiyyətə gələrkən başqa model də seçə bilərdi. Əminəm ki, Ulu öndərin nüfuzu elə güclü idi ki, hansı modeli seçsəydi, qəbul olunardı. O isə məhz ən mükəmməl yolu - Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən etdiyi inkişaf yolunu seçdi.
Prezidentin köməkçisi bildirib ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında önəmli rol oynayır. Ümummilli liderin qurduğu Azərbaycan nəinki regionun aparıcı ölkələrindən biridir, eləcə də dünyada böyük nüfuza malikdir.
Konfransda Şuranın sifarişi ilə hazırlanmış, Ümummilli lider Heydər Əliyevə həsr edilən “Alilikdə sadəlik” adlı qısametrajlı sənədli filmin təqdimatı olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib. Akademik məruzəsində beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq Azərbaycanın inkişaf templərini konkret faktlarla göstərib. Bildirilib ki, Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaradıb. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizdə müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün etibarlı təməlin yaradılması, milli mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Ulu öndərin xidmətləri misilsizdir. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli liderin adı ilə bağlı olmasın.
Toplantıda QHT rəhbərləri Məhərrəm Zülfüqarlı, Tamam Cəfərova və Mirhəsən Seyidov çıxış edərək Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi xidmətlərdən danışıblar.
Sonra Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə Şuranın sifarişi ilə hazırlanmış, sözləri və musiqisi İlahə İsrafilovaya məxsus “Sən dahisən” kompozisiyanın “Avanqard” Kamera orkestrinin, Azərbaycan Milli Konservatoriyasının xor kollektivinin və müğənnilər - Xalq artisti Heydər Anatollu, İlahə Qismət və Orxan Cəlilovun ifasında təqdimatı olub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

