/ / Davud Rəhimli: Asayişin keşiyində dayanan polis əməkdaşlarının qətlə yetirilməsi insanlığa sığmayan qanlı cinayətdir
Davud Rəhimli: Asayişin keşiyində dayanan polis əməkdaşlarının qətlə yetirilməsi insanlığa sığmayan qanlı cinayətdir
14.07.2018 [10:03]
Asayişin keşiyində dayanan polis əməkdaşlarının qətlə yetirilməsi insanlığa sığmayan qanlı cinayətdir. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan qaragüruhçu qüvvələr növbəti dəfə məkrli niyyətlərini göstərdilər. Belə təxribatlar xalqımızı qorxuda bilməz. Əksinə, xalqımız daha güclü siyasi iradə nümayiş etdirərək dövlətin və dövlətçiliyin müdafiəsinə qalxdı. Bu hadisələri törədənlər, onların havadarları tezliklə məsuliyyətə cəlb olunacaq, qanun və xalq qarşısında cavab verəcəklər.
Bu fikirləri Gəncədə törədilən cinayətlə bağlı AZƏRTAC-a açıqlamasında Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli deyib.
D.Rəhimli bildirib ki, hər bir dövlətin sütunlarından biri də asayişin təmin olunması, dövlətin və dövlətçiliyin möhkəm zəmində dayanmasıdır. Azərbaycan polisinin ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rolu var. Yüz illik tarixə malik Azərbaycan polisi həmişə Vətənə sədaqətlə xidmət edib, asayişin keşiyində mətanətlə dayanıb. Müstəqilliyin əvvəllərində respublikamızda hökm sürən xaos və hərc-mərcliyin aradan qaldırılmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan polisi daim ön sıralarda olub, yüzlərlə polis əməkdaşı şəhid olub və yaralanıb. Azərbaycan polisi indi də öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.
Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycanın dünyada qabaqcıl ölkələr arasında özünə layiqli yer tutduğunu deyən D.Rəhimli bildirib ki, bu uğurlar Azərbaycanı istəməyən dairələri ciddi narahat edir. Azərbaycanın uğurlarını və inkişafını həzm edə bilməyən xarici qüvvələr fürsət düşdükcə öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan 27 illik müstəqillik tarixində bir neçə dəfə belə hadisələrin və təxribatların şahidi olub. Ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması üçün növbəti cəhd Gəncədə hakimiyyət nümayəndəsinə və polislərə qarşı törədilən terror aktları, dini çağırışlar səsləndirən bir qrup şəxs tərəfindən törədilən iğtişaşlar oldu. Bu Vətənə, doğma xalqına qarşı törədilən ən ağır cinayətdir.
“Həmin qüvvələr və onların xaricdəki havadarları yaddan çıxarmamalıdırlar ki, Azərbaycan xalqı belə məqamlarda dövlətçiliyimizin keşiyində durmaq üçün yüksək həmrəylik göstərir. Xalqımız növbəti dəfə liderinin ətrafında sıx birləşərək, həmrəylik nümayiş etdirdi, məkrli qüvvələrin çirkin cəhdlərini puça çıxardı. Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığı növbəti dəfə nümayiş etdirildi. Son hadisələr bir daha sübut etdi ki, dövlət və dövlətçiliyin qorunması ən yüksək səviyyədə təmin olunur. Xalqına, dövlətinə xəyanət edənlər isə ədalət mühakiməsi qarşısında cavab verəcək, layiq olduqları cəzaları alacaqlar”, - deyə D.Rəhimli qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17

