/ / Nazirlər Kabinetində Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Nazirlər Kabinetində Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
26.07.2018 [10:48]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyulun 25-də Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeyd ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Afrika İttifaqı arasında yüksək səviyyəli dialoqun və səfərlər mübadiləsinin həyata keçirilməsinin, hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirməkdədir. Bu əlaqələrin inkişaf etdirilməsi üçün son illər mühüm addımlar atılıb. Eyni zamanda, Azərbaycanın bir sıra Afrika ölkələrinə humanitar yardımlar göstərdiyini xatırladan Baş nazir qeyd edib ki, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycanın neft-qaz hasilatı və ixracı sahəsində zəngin təcrübəsinin olduğunu bildirən Baş nazir deyib ki, ölkəmiz bu təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır.
Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini diqqətə çatdıran Baş nazir Novruz Məmmədov bunun təşkilatda təmsil olunan Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə imkan yaradacağını qeyd edib.
Ölkəmizin elektron idarəçilik sisteminin yaradılması sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Novruz Məmmədov artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli və onun şəffaflıq, vətəndaş məmnunluğu sahəsində oynadığı əhəmiyyətli rol haqqında ətraflı məlumat verib.
Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Afrika İttifaqı ölkələrinin Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan ilə Afrika İttifaqı ölkələri arasında təhsil sahəsindəki əlaqələrə toxunan Baş nazir Novruz Məmmədov hələ 1960-1980-ci illərdə beş mindən çox afrikalı tələbənin ölkəmizdə təhsil aldığını xatırladaraq qeyd edib ki, hazırda da bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə afrikalı tələbələrə Azərbaycanda müxtəlif təhsil proqramlarında iştirak üçün şərait yaradılır.
Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeyd Azərbaycana səfərindən, keçirdiyi səmərəli görüşlərdən məmnun qaldığını bildirib. Qonaq Azərbaycanın turizm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdəki təcrübəsindən yararlanmağın faydalı olacağını vurğulayıb.
Söhbət zamanı, həmçinin aviasiya, neft-kimya, innovasiyaların ixracı, humanitar və digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

