/ / Xalqımızın və dövlətimizin birgə səyi din pərdəsi altında aparılan anti-Azərbaycan təbliğatının qarşısında sipərdir
Xalqımızın və dövlətimizin birgə səyi din pərdəsi altında aparılan anti-Azərbaycan təbliğatının qarşısında sipərdir
31.07.2018 [09:46]
Son vaxtlar sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparıldığını görürük. Müxtəlif statuslarda, rəylərdə və videomüraciətlərdə guya Azərbaycanda dini və milli azlıqların sıxışdırılması, dindarların hüquqlarının pozulması və s. kimi əsassız iddialar irəli sürülür. Dini öz məkrli planlarına alət etmək istəyənlər onu mənəvi, əxlaqi kamilliyə səsləyən yönlərindən “arındıraraq” siyasi müstəviyə çəkmək istəyirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib. Fond rəhbəri qeyd edib ki, dinlər, o cümlədən İslam dini insanı onun yaradılış qayəsinə uyğun olaraq ucaltmaq istəyir. Dinin əsas hədəfi bütün daxili aləmi və davranışları ilə insandır. İnsanın şəxsiyyətini və mənliyini ucaldan, ona yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılayan dini mahiyyətindən uzaqlaşdırmaq onun özünə ən böyük zərbədir.
M.İsmayılov qeyd edib ki, din tarixən xalqımızın milli birliyinin simvolu olub. Xalqımızın əsrlərin süzgəcindən keçərək formalaşan ictimai yaddaşı sahib olduğu dəyərlərin başqa məqsədlərlə istifadəsi önündə ən böyük maneədir. Dünyanın aparıcı sosioloji sorğu mərkəzlərinin araşdırmaları göstərir ki, bir çox ölkələrlə müqayisə edildikdə Azərbaycan cəmiyyəti dini və milli tolerantlıq baxımından onların əksəriyyətindən fərqlənir. Azərbaycan milli və dini tolerantlığa, məzhəblərarası qardaşlığa, dinlərarası dostluğa görə özünə xas yeri olan ölkədir. Bu ənənənin qorunması və inkişaf etdirilməsi son dərəcə vacibdir. Dövlətimizin bu sahədə gördüyü işlər göz qabağındadır. Prezident İlham Əliyevin uzun illər yürütdüyü siyasət milli və dini azlıqların hüquqlarının tam şəkildə qorunmasını, dini və milli tolerantlığın, dini və mənəvi dəyərlərin inkişafını təmin etməkdə davam edir.
İnsanların dini duyğularından istifadə edilərək din pərdəsi altında aparılan anti-Azərbaycan təbliğatın qarşısının hər zaman xalqımız və dövlətimizin birgə səyi ilə alınacağını deyən müsahibimiz vurğulayıb ki, xalqımızın ictimai yaddaşı və dövlətimizin gücü bu cür məkrli planların qarşısında daim sipər olacaq.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17

