Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018 [09:21]
Sentyabrın 24-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra müvəqqəti işlər vəkili Məmduh əl-Cəbru Səudiyyə Ərəbistanının keçdiyi inkişaf yolundan, müxtəlif sahələri əhatə edən uğurlara imza atmasından danışıb.
Səfir Səudiyyə Ərəbistanının beynəlxalq və regional miqyasda artan mövqeyinə də toxunub. O, Səudiyyə Ərəbistanı Krallığının İslam dünyasının birliyi, əməkdaşlığı yolunda daim çalışdığını vurğulayıb.
Diplomat ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Hər iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin baş verdiyini vurğulayıb. Səfir ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Mübariz Qurbanlı rəsmi qəbulda çıxış edərək Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. O deyib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına ilk səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi münasibətlər sonrakı illərdə durmadan inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində dövlət başçılarımız arasında, eləcə də digər səviyyələrdə keçirilmiş çoxsaylı görüşlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verib. Səudiyyə Ərəbistanı həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35

