Bəhruz Quliyev: Zatulin belə lüzumsuz bəyanatları ilə özü özünü ifşa edir
06.10.2018 [10:43]
“İlk öncə qeyd etmək istərdim ki, Konstantin Zatulinin Azərbaycanla bağlı hər hansı bir qərəzli bəyanat verməsi onun açıq-aşkar hansı yanlış siyasi baxışa malik olmasını göstərir. Digər tərəfdən, Zatulinin ifadələrinin Azərbaycan-Rusiya əlaqələrinə, xüsusilə, Rusiyanın mövqeyinə heç bir aidiyyəti ola bilməz”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Olaylar.az”a Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan və onun işğal olunmuş əraziləri ilə bağlı söylədiyi əsassız fikirləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan MDB məkanında ən aparıcı dövlətlər sırasında yer alır, eləcə də Rusiya ilə münasibətləri yüksək səviyyədə inkişaf edir: “Xüsusilə qeyd etmək istərdim ki, son zamanlar Azərbaycan digər sahələrlə yanaşı, hərbi sahədə də mühüm üstünlüklər əldə edib və görünür, Zatulin bu reallığı nəzərindən qaçırıb.
Həmçinin parlamentdə çıxış edən bəzi deputatların fikirlərini Azərbaycan dövlətinin mövqeyi kimi qiymətləndirən Zatulin bununla özünü ifşa edib. Daha doğrusu, siyasi bilgisinin nə dərəcədə aşağı səviyyədə olduğunu nümayiş etdirib. Çünki Azərbaycan dövlətinin Qarabağ probleminin həllindəki mövqeyi bəllidir və torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə həmin ərazilərimizi azad edəcək. Yəqin ki, Zatulin də bunu yaxşı bilir. Sadəcə, erməni dairələrinin təsiri altında olduğu üçün bu qədər böyük səhvə yol vermək məcburiyyətində qalır, yaxud da onun bu cür qərəzli ifadələrlə çıxış etməsində başqa maraqları da var”.
“Ümumiyyətlə, Zatulin və onun kimilərin bu qəbildən olan qərəzli fikirləri, əslində, onların erməni lobbisinə satıldıqlarını sübut edir”, - deyə bildirən Bəhruz Quliyev bəzi xatırlatmaları da edib: “Bu adam Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında yaradılmış terrorçu rejimin saxta “parlament seçkiləri” keçirilərkən orada “müşahidəçilik” edib, üstəlik, bu günə qədər dəfələrlə Azərbaycan əleyhinə çıxışları ilə yadda qalıb. Məgər bunun özü belə deməyə əsas vermirmi ki, Zatulin erməni pulu, rüşvəti ilə qidalanır? Hətta deyərdim ki, o, belə davam edərsə, xüsusilə də, Rusiya ilə Azərbaycan arasında artan isti və xoş münasibətlərə ermənilərin sifarişi ilə sərsəm müdaxilələr edərsə, onun bu addımı təmsil olunduğu Rusiyanın dövlət rəhbərliyi tərəfindən də kəskin şəkildə pislənə bilər. Hətta onun barəsində müəyyən ölçülər də götürülə bilmək ehtimalı yaranar ki, Zatulin bununla öz karyerasına son qoymuş olar. Bax onda ermənilər onu lazımsız döşəmə əskisi kimi bir kənara ataraq, özlərinə yeni “yem” axtarışına çıxacaqlar. Yəni demək istədiyim də odur ki, Zatulin bu kimi lüzumsuz addımları və bəyanatları ilə özü özünü ifşa edir və tələyə salır”.
“Səs” qəzetinin baş redaktoru son olaraq bildirib ki, bu gün Zatulin və onun kimi ermənipərəstlərin bənzər fikirləri heç vaxt Azərbaycanın gücünə, qüdrətinə kölgə sala, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına isə xələl gətirə bilməz.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22

