Mixail Zabelin: Bütün dünyadan gələn qonaqlar Azərbaycanın inkişafının şahidi olacaqlar
06.10.2018 [10:47]
Budəfəki forum Azərbaycanda keçirilən ilk beynəlxalq tədbir deyil. Keçən il Bakıda “Rus icması - 20 il yeni Azərbaycanın xalqları ailəsində” mövzusunda respublika konfransı keçirilib. Builki nüfuzlu forumun işində Misir, Almaniya, Serbiya, Belarus, Çexiya, Rusiya, Latviya, Kanada, Ukrayna, Bolqarıstan və digər ölkələrdən gələn nümayəndə heyətləri iştirak edəcəklər. Ölkəmizin qonaqlarına respublikamızın və bizim doğma Bakı şəhərinin inkişaf səviyyəsini nümayiş etdirmək bizim üçün çox vacibdir.
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
M.Zabelin belə bir forumun M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bütün dünyadan gələn qonaqlar Azərbaycanın inkişafının şahidi olacaqlar.
Rus icmasının rəhbəri daha sonra deyib: “Azərbaycanda bərqərar olmuş tolerantlıq və multikulturalizm ab-havasını, həm rus dilinə, həm də bütün başqa dillərə xeyirxah münasibəti qonaqlarımıza nümayiş etdirmək bizim üçün vacibdir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif millətlərin nümayəndələri öz ana dilində təhsil almaq hüququna malikdir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, ölkəmizə gələn qonaqları Azərbaycan xalqının mədəniyyəti və məişəti ilə tanış etmək lazımdır, qoy onlar ölkəmizin yüksək inkişaf səviyyəsini öz gözləri ilə görsünlər. Forumun Bakıda keçirilməsi təşəbbüsünü beynəlxalq təşkilatlar - Moskva Dövlət Pedaqoji Universiteti (MDPU) və Rus dili və ədəbiyyatı müəllimlərinin Beynəlxalq Assosiasiyası irəli sürüb. Onlar Azərbaycanda rus dilinə və başqa mədəniyyətlərə necə qayğı və həssas münasibət bəsləndiyini görürlər”.
M.Zabelin bildirib ki, forum iştirakçıları bu gün Azərbaycanın İsmayıllı rayonundakı İvanovka kəndinə yola düşəcəklər. Qonaqlar həmin kənddə yığcam şəkildə yaşayan rus əhalisinin həyat şəraiti ilə tanış olacaqlar. Forum iştirakçıları İvanovkada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tikilmiş yeni məktəbə də baş çəkəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

