Milli Məclisdə Türk Dünyası Qadın Platformasının nümayəndələri ilə görüş olub
30.11.2018 [10:26]
Noyabrın 29-da Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Türk Dünyası Qadın Platformasının (TÜRKAP) nümayəndələri ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Bahar Muradova Türkiyə ilə bütün sahələrdə münasibətlərin Azərbaycan üçün böyük önəm kəsb etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin “bir millət - iki dövlət” kəlamını xatırladan Bahar Muradova Türkiyə və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün dünyaya nümunə göstərildiyini vurğulayıb.
Bahar Muradova Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin təşəbbüsü və təşkilatçılığı ilə yaranan bu təşkilatın çox müqəddəs amallar uğrunda fəaliyyət göstərəcəyindən məmnun olduğunu bildirib. Təşkilatın qarşısına qoyduğu hədəflərin ortaq siyasi-mədəni tədbirlərin təşkili, qadınların fəaliyyətinin sərhədlərinin genişləndirilməsi, türk dünyası qadınları arasında dialoq və tarixi qardaşlıq bağlarının gücləndirilməsi olduğunu qeyd edib.
TURKAP nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mihrimah Belma Satır Azərbaycanda özlərini doğma evlərində olduğu kimi hiss etdiklərini diqqətə çatdırıb. Bu ilin sentyabrında İstanbulda təsis olunan təşkilatın gələcək fəaliyyətindən, qarşıya qoyulan hədəflərə doğru irəliləmək yolunda atılan addımlardan danışıb. O bildirib ki, bu ilin dekabrında İstanbulda təşkilatın üzvü olan 200 qadının iştirakı ilə qurumun beynəlxalq forumu keçiriləcək.
Görüşdə iştirak edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Jalə Əliyeva, Şimali Kipr parlamentinin deputatı Rəsmiyyə Çanaltay, Hesablama Palatasının auditoru Mehriban Alışanova, TURKAP təşkilatının qurucusu Zait Nahmatov, filoloq-alim Şərəf Cəlilli və başqaları təşkilatın fəaliyyətinin türk dünyası üçün çox əhəmiyyətli olacağını bildirib, nəzərdə tutulan layihələrin qadınlarımızın və tərəqqipərvər cəmiyyətimizin inkişafına xidmət edəcəyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

